İtən sevgi
Nolar Allah adama qara xal verəndə,Gözəl üz, incə qamət, göyçək camal verəndə.Nolar adamın qaşı dönəndə ayparaya,Gözüylə odmu vurar könül adlı saraya?!Nolar adam tanrının boş vaxtına düşəndə,Könlünün, qələminin xoş vaxtına düşəndə.Nolar insan dönəndə gözəllərin şahına,Batarmı bu dünyanın bir yığın günahına?!“Harda olsam darıxma, gələcəyəm”, – demişdin,“Səndən ötrü sabaham, gələcəyəm”, – demişdin!O sabahım bəs hanı?Ürəyimi titrədən o ilahi səs hanı?!Nəfəsimi yandıran o isti nəfəs hanı?!Bəlkə, könül doymamış köçən yazdı gözəllik,Əlimizin bəxtindən əlçatmazdı gözəllik?!Hara salım yönümü, mən səni hardan tapım,Hansı eldən soruşum, hansı diyardan tapım?İnsafmı həsrətinlə, xəyalınla yaşayım,Sevginin daş yükünü sənsiz necə daşıyım?Üzü bozdu həsrətin, sərt qayası çapılmaz,Günü budur sevənin:Gözlədiyi görünməz, axtardığı tapılmaz!!!
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-iten-sevgi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Divine love
Kuhi-Tur olsa səlabətdə dili-aşiqi-zar,Duymaya tabi-təcəlliyə yenə Musa var
Yaralı qurdAlparslan Türkeşə*Bilə bilməm, nə gətirdi məni heyvanxanaya,
Bir mürəbbi vü müsahib manidə iqrarədirBir mürəbbi vü müsahib manidə iqrarədir,Bu sözə inkar edənlər mürşidə inkarədir.
EləTut orucu, qıl namazı,Allahına xidmət elə.