Allah bu gün yaman çaşıb deyəsən
Allah bu gün yaman çaşıb deyəsən,Ya da göydə yorğun düşüb deyəsən,Yer səyirir, bir az çəkmir yüyəni,Nökər qorxar, sevməz belə yiyəni.
Qan axır, bu dünya qandan da umur,Damcını tez görür, selə göz yumur,Doğru böhtan olur, haqq düşür şərə,Ölüm də bölünür xeyirə, şərə.
Elə bil hər günün lənətlə gəlir,Gündüz də, gecə də minnətlə gəlir,Məni yıxıb, yerlə heyrət sürüyür,Bəlkə göyləri də rüşvət bürüyür?
Allah, bu yollamı gedəcək dünya,Beləmi başlanıb bitəcək dünya?Onda kəs dünyanı, bir oraqla biç,Bir də bu şeirçün günahımdan keç.1996
Kitabxana.az · https://kitabxana.az/en/works/vaqif-semedoglu-allah-bu-gun-yaman-casib-deyesen
Use ← → keys to move, R for a random poem