Fələk salıbdı məni yüz cəfayə qürbətdə,Gərəkdi səbr eləmək hər bəlayə qürbətdə.

Olubdu tirə günüm həsrətindən ol mahın,Gecə-gündüz gəlirəm ahu vayə qürbətdə.

Nedim, nə çarə qılım, olmuşam bəlayə düçar,Şikəstə dil qalıb həsrət dəvayə qürbətdə.

Həqiqi yoxdu mənə aşina, sora halım,Deyim bu dərdimi ol aşinayə qürbətdə.

Nə vaxtdır, mənə gəlməz o yardən namə,Varımdı, gər eləsəm min gilayə qürbətdə.

İlahi, könlünü şad et qəribi-bivətənin,Tüfeyli eyləmə mərdi gədayə qürbətdə.

Xudaya, Vahidi lütfünlə tez yetir Vətənə,Ki, yarisiz dözə bilməz cəfayə qürbətdə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love