Keçib daim günüm meyxanələrdə,Yəqin bir sirr var peymanələrdə.

Nə bilsin yanmayanlar eşq odunda,Yanır, məqsəd nədir pərvanələrdə?

Riyakarın gözəldir, söhbətindən,O “nuş olsun” ki, var məstanələrdə.

Məni zənn etməyin Məcnundan əskik,Mən ondan yüksəyəm əfsanələrdə!

Kəməndi-zülfi-yarə mail olmaz,Əgər eşq olmasa divanələrdə.

Məni, fəqr əhliyəm, təhqir qılma,Neçün kim, gənc olur viranələrdə.

Sənin şerinlə, Vahid, nazəninlərDəmadəm zövq alır kaşanələrdə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love