Şuşada palıd
Daşaltı üstündə palıd əkiblər,Boyu biçənəkdən seçilmir hələ.Meh də tərpənəndə əsir budaqlar,Yanından heyrətlə keçilmir hələ.
Dərər nəfəsini təmiz havada,Gücü torpaq adlı mayadan çəkər.Pöhrələr böyüyüb gövdələşəndə,Köklər şirəsini qayadan çəkər.
Üşüdər qar, yağış, üşüdər dolu,Aşırar min ili palıdın yaşı.Körpəlik çağını salanda yada,Kökünün üstünə əyilər başı.
On əsrin dizini yerə qoysa da,Yenə yaşamağa bir aman istər.Baxar həsrət ilə keçmişə sarı,Vaqif arzulayar, Xuraman istər.
Bəlkə o zamankı çarpaz budaqlarMənimlə görüşü salacaq yada.Ağac ömrümüzdən vəfalı çıxar,Bizi xatırlayıb, anar dünyada.
Zaman dalğalanar bir dəniz kimi,Neçə qasırğadan çıxar palıdlar.Təkcə qayaları, daşları deyil,Dağları bağrına sıxar qayalar.
Daşaltı altında palıd əkiblər,Müqəddəs arzular bitirmək üçün.Bugünkü qayğının sədalarını,Sabahkı dünyaya yetirmək üçün.1975, 2 iyun
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-susada-palid
Use ← → keys to move, R for a random poem
More by this author
“La ilahə illəllah,Muhəmməd Rəsulullah”
Mən üzümü sənə tutub yazıramEy kitab əhlil Sizə kitabda (Tövratda və İncildə)gizlətdiyiniz şeylərin bir çoxunu bildirən, bir ço-
Merac gecəsi“And olsun ki, (Muhəmməd əleyhissəlam Cəbrayılı özhəqiqi surətində) başqa bir dəfə də (merac vaxtı)
Peyğəmbərin Məkkəyə xitabıEy Məkkəl Sən Allahın ən xeyirliyerisən. Allahın ən sevimli şəhərisən. Əgər