Peyğəmbərin Məkkəyə xitabı
Ey Məkkəl Sən Allahın ən xeyirliyerisən. Allahın ən sevimli şəhərisən. Əgərsənin əhlin məni səndən çıxarmasaydı, mənsəndən çıxmazdım.(“Hədisi-Şərif”)
Qan-qan deyən yağılarMəni səndən qoparıb,səni məndən alırsa,Kəbə mənsiz qəm çəkib,xəyallara dalırsa,Qansız Əbu Ləhəblərbu qədər alçalırsa,Sənin nə günahın varl
Qoynunda axıracanmən ömür etmədimsə,Bütlərə tapınanındalınca getmədimsə,Kafirlər ucbatındanarzuma yetmədimsə,Sənin nə günahın varl
Qətlimə fərman verib,qanıma susayanlar,Canımı daş parçası,qanımı su sayanlar,Dönmürsə inadındansaydığını sayanlar,Sənin nə günahın varlVətən iman deməkdir,qorunmursa imanı,Peyğəmbərin üstünəçökürsə qəm dumanı,Dürüst seçən yoxdusayaxşı ilə yamanı,Sənin nə günahın varl
Yağılar yeriyirsəüstümə dəstə-dəstə,Verib öz fitvasını,şeytan durursa qəsdə,Sinən meydan olursakafirə, bütpərəstə,Sənin nə günahın varl
Hər bütə bir ad verib,qoruyub “Mənat”ları””,İlah elədilərsə“Üzza”ları??, “Lat”ları””,Başa salammadımsaməndən olan zatları,Sənin nə günahın varl
Hicrət eyləmək ağır,hicrana dözmək çətin,Qayalar əriyərdiolsa da məğrur, mətin.Qədri bilinmədisəbu boyda məhəbbətin,Sənin nə günahın varlök kökÜrək yazıq neyləsin,nə daşdı, nə dəmirdi,İmansız bədəviləronu qurdtək gəmirdi.
Bu hicrət mənlik deyil,İlahidən əmrdi,Ey mənim ulu Məkkəm,qovuşacağam sənəl
Az güldüm, çox ağladım,gözdən selləndi yaşlar,Tənələr yağışındayağdı başıma daşlar.Əriyib yox olacaqsəksəkələr, təlaşlar,Ey mənim ulu Məkkəm,qovuşacağam sənəl
Nə ruhum sakit olar,nə ürəyim dincələr,Uzandıqca yaxamaqara əllər, pəncələr.Səndən soyuda bilməzməni bu işgəncələr,Ey mənim ulu Məkkəm,qovuşacağam sənəl
Ruhum parıldayacaqyaqut kimi, ləl kimi,Çiyninə qonacağamxilaskar bir əl kimi.Ruh kimi, işıq kimi,iş kimi, əməl kimi,Ey mənim ulu Məkkəm,qovuşacağam sənəl
Məkkəm, Kəbəm, işığım,sahmanım, yaraşığım,Nur dağım, qürur dağım,məhəbbəti gur dağım.
Mənim bu hicrətiməözün xeyir-dua ver,özün de uğur, dağım,Ey mənim ulu Məkkəm,qovuşacağam sənəl
Qayıdacağam sənə,Şah damara qan kimi,bədənə nəfəs kimilQuran avazındakıİlahi bir səs kimilAllah eşqinə bağlıtükənməz həvəs kimil
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-peygemberin-mekkeye-xitabi
Use ← → keys to move, R for a random poem
More by this author
Hamı görmək, götürmək,hamı duymaq istəyir,
GözləyirəmDan yerində sevinc var,Sabahı gözləyirəm.
Atatürk köşkündə keçən günlərimBirinci dəfə ürəyimin ağrıları ilə bağlı Almaniyaya müalicəyəgedirdim. Dostlarımın arzusunu nəzərə alaraq bir neçə günlüyə
HamarkəndHamarkənd - Yardımlıda Sabir Rüstəmxanlınındoğulduğu kəndin adıdı
Poems by other poets
"Şahpalut" necə xoşca yaraşır aş üstə,Odə çox xoş yazasan göndərrəm baş üstə
LənətQurd olar sürünü büsbütün qıran,Süpürüb, dolduran gödənə lənət,
Yol istərəmAradım, tapmadım qapusinSaray səndən yol istərəm
Təcnis: Nazlı yara dərdi-dilim yazmağaNazlı yara dərdi-dilim yazmağa,Nə bir kağız tapdım naqaləmindi,