Məkkənin reyğəmbərə cavabı
Yadına sal ki, İbrahim: “Ey Rəbbim, buranıbəladan asudə (uzaq, bir şəhər et, əhalisinin Allaha vəaxirət gününə inananlarına cürbəcür meyvələrdən ruziverl” — deyə dua etdikdə, O (Allah): “Kafir olanlarada bir qədər (ömürləri boyu) ruzi verərəm, lakin sonrada cəhənnəm əzabına düçar edərəm. Amma ora(Cəhənnəm) nə fəna bir yerdirl” — deyə buyurdu.(“əl-Bəqərə” surəsi, 126-cı ayə)
Mən sənin ananam,sən mənim balam,Mən sənin bürcünəm,sən mənim qalam.Bürc də heç qaladanayrı düşərmi?Ana da baladanayrı düşərmi?Peyğəmbər vəhyiyləquc bu dünyanı,Getmə uzaqlara,gəl, mənimkisən.Dünyanın bu başı,o başı yoxdur,Harda olursansa ol,mənimkisən.Göylərin yerlərəverdiyi haqsan,Hayana boylansan,hayana baxsan,İnşallah, sən mənəqayıdacaqsanlSaysız əzab gördünbu şəhərdə sən,Günah nə səndədi,nə də məndədi.Günah Allahınıtanımayanda,Qəzəb qılıncıylaqan tökəndədi.Çox duru sularıbulandırdılar,Çirkin əməlləridüzdülər səfə,Qəlbimdə, ruhumda,varlığımdasan, —Getsən hansı səmtə,hansı tərəfə.Ovcumun içitəkbilirəm bunu,Səninlə çatacaqadım şərəfə.Təpədən-dırnağaodsan, ocaqsan,Can ruha, ruh canaqovuşan kimi,Dalğalar ümmanaqayıdan kimi,Bilirəm, sən mənəqayıdacaqsanl
Burda səndən ötrücandan əzizdiHər qaya parçası,hər yol, hər cığır.Qəlbin qırılmasınbu ayrılıqdan,Eşqimi harayla,adımı çağır.Fələyin işidibu ayrılıqlar,Göydən nur da yağır,bəla da yağır,Sən bu kafirlərdənqat-qat uzaqsan,Fağırlar həmdəmi,yetimlər yarı,Qəlbimə, ruhumaqayıdacaqsanlSevinsəm, səninləsevinəcəyəm,Ah çəksəm, ahımaqayıdacaqsanl
Adəm əfsanəli,İbrahim izli,İsmayıl qurbanlıbir şəhərəm mənlHəvva xatirəli,Həcər sevdalı,İsmətdən doğulanbir şəhərəm mənlSaflıq, duruluqdunişanəm mənim,Zəmzəm sularındadürr, gövhərəm mənlQara daş möhürlü,Kəbə nişanlı,İman işığındamünəvvərəm mənlHəmzə cəsarətli,Əli təpərli,İslam savaşındabir zəfərəm mənlKarvan yollarıdısinəmdən keçən,Həmişə hər yanasəfərbərəm mənlNə alış-verişim,ticarətimlə,Nə dolu xəzinəm,nə sərvətimlə,Ancaq sənin iləmötəbərəm mən!Səndədir ürəyim,səndədir canım,Kitabım, Quranım,dinim, imanım.Köksümdə sən mənəürək kimisən,Gözümün içindəbəbək kimisən.Gözümdən uzağaqoymaram səni,Mən sənin sifətin,sən mənim üzüm,Üzümdən uzağaqoymaram səni.Neyləyək, belədirhökmü zamanın,Tutulan vaxtıdıgöy asimanın.Heç kəs vətənindəpeyğəmbər olmur,Bəndə Allahındanuzaq düşəndəÜrək sevindirənbir xəbər olmur.
Narahat olmasınqəlbin, ürəyin,Bilirəm hər şeyibiləcəyini,Bu gündən görürəmo sabahları,İndidən görürəmgələcəyini.Sən öz Quranınlanur içrə nursan,Xeyirsən, duasan,haqsan, uğursan.Göylərin yerlərəsovqatı kimiGünəşsən, ulduzsan,odsan, çıraqsan.Yenib kafirləri,münafiqləri,İslamın bayrağıbaşının üstəRuhuma qalibtəkqayıdacaqsanl
Mən Məkkə şəhəri,sən Rəsulullah,Çiçəksən, çəmənəqayıdacaqsanlİmanı sevməkdivətəni sevmək,Vətənsən, vətənəqayıdacaqsan!
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-mekkenin-reygembere-cavabi
Use ← → keys to move, R for a random poem
More by this author
Anamın dediyinə görə, 5 yaşımda ilk dəfə dilimdən çıxan qafiyələrbunlar olub: “Evimizin dah arpa-arpa, atlar gəlir qarpa-qarpa”.
O, qeybətə düşmən idiNeçə ömrüm var ki mənim,Dedi-qoduya baş qoşam.
Gərək daş olasan ki...Min bir gülə qonmasan,pətək olmaz, bal olmaz,
Mənim poeziyamSevginin dadında,Sevdiyim qadında,
Poems by other poets
تنها نه من بر آنم مَردُم همه بر آنند
Çəkə bilməzƏyyami-qəzada, dəhri-dünyada,Bilirsənmi, nə bəlalar çəkmişəm?!
Nakam sevgiÜz-üzə gəldi bir gün əsil köhnə tanışlar,Salamlaşıb tutdular əl, təntənə yerində.
Təcnis: Çığrışıb çığrışıb ötən sonalarÇığrışıb çığrışıb ötən sonalarYaşım nədən oldu yarada bilmən