Sevginin dadında,Sevdiyim qadında,Ruhun qanadındatapmışam səni.

Gözümün yaşında,Bağrımın başında,Elin yaddaşındatapmışam səni.

Əriyən yağımda,Kədərli çağımda,Nəmli yanağımdatapmışam səni.

Arzuda, diləkdə,Kəfəndə, bələkdə,Tanrıda, mələkdətapmışam səni.

Qəlbimin ahında,Misramın şahında,Haqqın dərgahındatapmışam səni.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets