Baxdıqca insanı qanadlandırır,İncə gözəllərin naz qanadı var.Zərif fikirlərin, kövrək hisslərin,Könüllər güldürən saz qanadı var.

Ömrün bağçasında əssə küləklər,Yerdə qızlar küsər, göydə mələklər.Payızda saralıb solar çiçəklər,Yaşıl arzuların yaz qanadı var.

Qanadsız dünyanı qucmaq çətindir,Gül olub təravət saçmaq çətindir,Özgə qanadıyla uçmaq çətindir,Yaxşı ki, hər kəsin öz qanadı var.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring