Qurd olar sürünü büsbütün qıran,Süpürüb, dolduran gödənə lənət,Dünyada qonşudur dağınan aran,Qonşuya xəyanət edənə lənət.

Bir söz desəm pozar pisin halını,Dağıdar iblisin hər cəlalını,Qazanıb yeməyən halal malını,Haramın dalınca gedənə lənət.

Vəli gözlər namusunu, arını,

Başqasına verməz ixtiyarını,Haqsız yerə gözdən salıb yarını,Özgəni axtaran, bədənə lənət.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets