Şərq də, Qərb də Allahındır: hansı tərəfə yönəlsəniz(üz tutsanız), Allah oradadır. Şübhəsiz, Allah (özmərhəməti ilə) genişdir, (O hər şeyi) biləndirl(“əl-Bəqərə” surəsi, 115-ci ayə)

Cadar olmuş torpaqlarasu göndərər dərman üçün,Bulud dolar, yağış yağar —Onun üzü hörmətinəlDan yerinə nur çilənər,İnsan-mələk salamlaşar,Üfüqlərdən Günəş doğar —Onun üzü hörmətinəlTanrı ağıl, kamal verib,huşu başda cəm yaradıb,Bir tərəfdə sevinc durur,bir tərəfdə qəm yaradıb,On səkkiz min aləm üçünnə böyük aləm yaradıb, —Onun üzü hörmətinəl

Üz-üzədir insan oğluqəmlər ilə, ahlar ilə,Sevinc ilə qucaqlaşarhər gələn sabahlar ilə,Qoca dünya coşub-daşarəsl xeyirxahlar ilə, —Onun üzü hörmətinəl

Yol dağılmaz, yolçu çaşmaz,körpü uçmaz məhşərədək,Yollar, izlər işıqlanar —Onun üzü hörmətinəl

Yeddi qatdan yetmiş qatasevər, duyar Kainatı,Sevən gözlər işıqlanar —Onun üzü hörmətinəl

Təmizlənər günah, tamah,səndə qalmaz, məndə qalmaz,Haqqa iman gətirməyənyer üzündə bəndə qalmazlAğ zirvələr aydınlaşar,dağ dumanda, çəndə qalmaz, —Çöllər, düzlər işıqlanarOnun üzü hörmətinəl

Haqq yolunda uca durarərən sözü, ər nidası,Yoxa çıxar yer üzündən,şər söhbəti, şər nidası,Bütün ərzə hakim olar“Allahu-Əkbərl” nidası, —Onun üzü hörmətinəl

Yerin nuru, göyün nurubir-birinə qarışacaq,Bu sehrdən eşqə düşüb,Ay Günəşlə yarışacaq,Kin gedəcək, nəfs öləcək,küsülülər barışacaq, —Onun üzü hörmətinəl

İslam adlı bir ağacınkökü min budaq olacaq,Qoru közə çevriləcək,çınqısı ocaq olacaq,“Allahu-Əkbərl” deməyənnə dil, nə dodaq olacaq, —Onun üzü hörmətinəl

Haqq yolunu yolsuzlaradönə-dönə qandıracaq,Kafirləri başa salıb,müşrikləri qandıracaq,Çox oğullar ürəklərdədin işığı yandıracaq, —Onun üzü hörmətinəl

İnsan oğlu sevə-sevəbir-birinə ərk edəcək,Nəfsi, kini, küdurətibirdəfəlik tərk edəcək,İslamdakı, imandakıçox sirləri dərk edəcək, —Onun üzü hörmətinəl

Neçə-neçə ağlagəlməzdəfinələr tapılacaq,Nə gizlinlər açılacaq,hələ nələr tapılacaq,Dünya - sandıq, Quran — açar,xəzinələr tapılacaq, —Onun üzü hörmətinəl

İlqar-iman çaylarınınsuyu daim gur gələcək,Allah eşqi könüllərəcoşqun axıb, kür gələcək,Kar qulaqlar açılacaq,kor gözlərə nur gələcək, —Onun üzü hörmətinəl

Bu ədəb-irfan yolunahər kəs arzu-kam deyəcək,Bu sevgidən atəş alıb,ürəyinə can deyəcək,Möhrü Quranla basılanson sözü islam deyəcək, —Onun üzü hörmətinə!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets