Təbiətin üzü gör necə küldü,O qopan qiyamət sənin üçünmüş.O çovğun bəlkə də çovğun deyildi,Səni yola salan vida köçünmüş…

Bir ox ki, atılıb – yerə düşəcək,O yer ürəyincə, kamınca gərək.Tənha bir otaqda, yalnız bir ürəkHəsrət ahı ilə səssiz keçinmiş.

Qoruya bilmədim səni ölümdən,Özüm də aciz bir öləriyəm mən.Səni görməyimə aman verməyənÖlüm zalım imiş, əcəl kəc imiş.

Dekabr, 1978

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Death