Başının üstündə yastı bir təpə,Dönüb qu tükünə balışın oldu.Qəlbində o qədər işıq var idi,Bir işıq dirəyi başdaşın oldu.

Soyuq daşlar durub çiyin-çiyinə,Nə yaman çəkildin sükut evinə.Bu qədər soyuqluq yaraşmır sənə,Otların rişəsi sirdaşın oldu.

Dünyanı dolanıb, gəzib gəlmisən,Yenə də Vətəni doğma bilmisən.Niyə əsirgədin son kəlməni sən,Son sözün bir gilə göz yaşın oldu…

Dekabr, 1978

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets