IV. İnsan
«İnsan» – ərəb dilindəSözə qulaq asmayan,Ona edilən zülmüTez unudan,Unutqan demək imiş.Qadağana baş əyməyən,Tapşırıqları eləməyən –«İnsan» demək imiş.
Bunu biləndə gördüm ki,Bu cür insanların cəmi,Elə bizim millət imiş.Bu sözün bir mənası daSən demə, ünsiyyət imiş.Mehrilə-məhəbbət imiş.O bizə gəlib çatmayıb,Bizə çatanı yalnız – bu,Bu şirin xəyal imiş.Bir uzaq arzu imiş,Bir əlçatmaz niyyət imiş.
Mart, 2007
Kitabxana.az · https://kitabxana.az/en/works/fikret-sadiq-iv-insan
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Qanamıq məni, doğrusın deyim,Məni yüz min dərdə salan yar budur
MəsləhətMəşədi Sijimquluya cavab**Sijimqulu, eyləmisən məsləhət,
Mən həbibi-pakizadəm, ey gunuhi-əşkiyaMən həbibi-pakizadəm, ey gunuhi-əşkiya,Bulmuşam kuyi-vəfada rahi-təslimi-riza.
Məni sevirsənsəDüşünsək, düz gəlməz sözünün çoxu,Ocaqsız bir evdə necə köz olar?