III. Adəm
Torpağın üst qatı – Adəm,Torpaq olub ilkin adam.Torpaq olub atam, anam,Mən özüm də torpaqdanam.
Həmin o üst qatda, deməOn altı maddə cəm olub.İlk insanın bədəni dəO maddələrdən yoğrulub.
Qadir Allahın əliyləO çağdan həyat doğulub.İlk dünya – bizim dünyamız,İlk insan da Adəm olub.
Qulağında sırğa elə –Torpağı borc verib torpaq!Lap yüz il keçsə də, bir günMütləq borcu qaytaracaq.
Kitabxana.az · https://kitabxana.az/en/works/fikret-sadiq-iii-adem
Use ← → keys to move, R for a random poem