Bir yel əsdi, qızılgülün ləçəkləri töküldü,Budaqları büküldü.

Bir yerləşdi, nəğməkarı gülşənindən qopardı,Cəh-cəhini apardı.

Bir ah çəkdi eşidəndə bu dərdi, bu sorağıAzərbaycan torpağı.

Qəmli, dərin bir sükuta qərq olsa da adamlar,Qəlblərdə bir mahnı var.

Milyonların sinəsindən qanadlanan o mahnıGəzir bu gün dünyanı.

Gəzir itmiş sahibini gəzən kimi – səbirsiz,Gəzir səssiz-səmirsiz...

Şirin Bülbül ahəngiylə hamı “Sənsiz” oxuyur,Hamı sənsiz oxuyur...Hamı səssiz oxuyur...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring