Nəbzin vurur
Abbas Səhhətin əziz xatirəsinə
Dedin: “Yad et, yad et məni,Bidar görəndə vətəni...”Sardı müdam ürəyiniNisgilli bir qürur, şair.
Gül ətrinə bata-bataHər gün, hər an düşdün yada.Yurdsevərlər vicdanındaSənə heykəl qurur, şair.
Həb içirdin, şer yazdın,Dərd-azara quyu qazdın.Yoxsa sən Səhhət olmazdın –Hər əməlin durur, şair.
Vəsiyyətin qulaqlarda,“Vətən” şerin dodaqlarda.Şair, təbib olsa hardaRuhun əhval sorur, şair...
Sənətini bayraq edən,Xeyir umub şöhrət güdənHəkimlərdən, şairlərdənBir az giley edək sana:
Şair var ki, xalqdan uzaq,Misraları soyuq-sazaq,Oda atsan sönər ocaq...Özü qalar yana-yana.
Həkim var ki, azıb yolu;Varın qulu, pulun qulu.Can versə də “millət oğlu”Müftə məhəl qoymaz ona...
Lüzumsuzdur bayram günüÇox uzadaq bu söhbəti.Sənə xain çıxanlaraKifayətdir el töhməti.
Lakin doğma diyarındaQeyrətlilər vüqarında,Neçə nəslin damarındaSənin nəbzin vurur, şair,Hər əməlin durur, şair!
Kitabxana.az · https://kitabxana.az/en/works/qasim-qasimzade-nebzin-vurur
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Homeland
Dost-həmdəmim yetən kimi vətənə,Gör bir gözləyirmi yolum yar mənim?
UnutmaAşıq, gəşt eləyib ağır elləri,El içində namus, arı unutma.
Müxəmməs: Dila, etmə təvəqqe rastguluq qanda qalmışdırDila, etmə təvəqqe rastguluq qanda qalmışdır,Qərinə özgədir, onlar keçən dövranda qalmışdır,
Qəm yemə, səbr et, bu da yahu keçərZülməti-şər bulsa da bir dəm zəfer,Pərtövə hökm etsə də zülmət əgər,