Zaman qalı,Ün gedər, zaman qalı,Yıxılı uca dağlar,Tozu bir zaman qalı.Kərkük bayatılarından

Bir dağ idi Füzuli –Köksü cəvahir dolu.Əriş-argac etmişdiSinəsini söz yolu.

Gül-çiçəkli döşündənKeçən bir də keçərdi,Şirin bulaqlarındanİçən bir də içərdi.

Qafqaz idi Füzuli –Ucalmışdı səhrada,Silsilədən ayrılıbTək qalmışdı səhrada.

Uzanmışdı uzağaBu tək dağın kölgəsi,“Təhti-himayəsində”Neçə şeir ölkəsi.

Qışın oğlan çağındaNə bürüncək, nə bəlgə?! –Səhra ola, yay ola...Cənnət idi bu kölgə!

Şahdağıydı Füzuli –Başı qarlı, tufanlı,Arzusuna aparanYol... dumanlı-gümanlı.

Əzəmətli dağsa daÇöpdən azdı taqəti –Didərgindi mahalı,Didərgindi milləti.

Dağ götürməz ağır yükYıxdı bir gün bu dağı...Bilib çəkə bilmədiDoğma dağlar bu dağı.

Verib dağlar səs-səsəHönkür-hönkür ağladı.Murov, Kəpəz, Dəlidağ,Savalan yas saxladı.

Çatdı Gəncə, ŞirvanaKərbəlanın harayı,Şahsız qaldı yüz illərŞerin, sözün sarayı.

Dağ var, uçur, qalmır daNə tozu, nə əsəri –Əsir etdi hər əsriFüzulinin əsəri.

Əsir etdi bu günlü,Gələcəkli hər kəsi –Şerimizin üstündəVar Füzuli kölgəsi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets