Vurğun öldü deməyin...
Yubileyindir, bütün aləmHələ təbrik deyir sənə...Dünən bayram, bu gün matəm,Bax, şairin taleyinə...
Dostlar yazdı, o gün üçünMənim də öz hədiyyəm var,Dünən bitdi sənə ömürDilədiyim son misralar...
Xal düşməyib o vaxt gələnGül-çiçəyin tellərinə,Qarışıbdır indi həmənBuket, əklil bir-birinə.
(“Vurğun öldü” sözün diləNə cürətlə biz gətirək?!Bayatilə, ağı iləCar çəkilə bu dərd gərək...)
Baxır bizə qırpılmamışO işıqlı, şahin gözün,Qulaqdadır güclü alqışSədasilə coşan sözün:
“El bilir ki, sən mənimsən,Yurdum, yuvam, məskənimsən”.İllər, bir an dönün geri,Yenə qulaq asaq ona,Min fərəhlə qoy yığılaqBiz Natəvan klubuna.Sinə gərsin pələng kimiBir an yenə o, kürsüyə:“Şer qartal qanadındaÜfüqlər fəth etsin...” deyə.Qoy dinləsin qardaş ellərOnun məğrur, gur səsini,Salon yenə qulaq olsunO, çəkəndə nəfəsini.Baxaq ovçu libasındaGəzən zaman o, çölləri,Heyran qalaq söhbətinə,İllər, bir an dönün geri...
(“Vurğun öldü” sözün diləNə cürətlə biz gətirək?!Bayatilə, ağı iləCar çəkilə bu dərd gərək...)
Dağa-daşa düşmüş səda,Qartal boynun büküb ağlar –“Vurğunu da salar yadaDüz ilqarlı bizim dağlar”.
Vida üçün gələnlərəSöyləyirsən sanki bu dəm:“Asta olun, mən heç yerə,Mən heç yana tələsmirəm”
İnsan seli ehtiramlaAxıb keçir tələsmədən,İstəyirlər sən aramlaHər zərrəni seyr edəsən.
Qəhər boğur xısın-xısınQocaları, cavanları –Qoy uzansın, qoy uzansınAyrılığın son anları.
Başın üstə durmuş, budur,Füzulilər yola salanGözü yaşlı, qəddi məğrurDoğma anan Azərbaycan.
Bu məhəbbət, bu ehtiram,Dağlardakı o düz ilqarDeyir: sözün yaşar müdam,Sənin deyil o “tək məzar”!
Gül fəslində göz açmısan,Sən gəlmisən bu dünyaya,Sənətinlə nur saçmısanİlk baharı duya-duya.
Gəlişin də, gedişin də,Əməlin də bahar olmuş.Söz bağına şahin səsi,Çiçək ətri gəlib dolmuş.
Səndən deyib gənc analarTərpədəcək beşiyini –Nəsil-nəsil çəkəcəklərBu baharın keşiyini!
Başın üstə durmuş səninFüzulilər yola salanÖz torpağın, öz vətənin –Doğma anan Azərbaycan...
Kitabxana.az · https://kitabxana.az/en/works/qasim-qasimzade-vurgun-oldu-demeyin
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Şə-şə-şə şəha cəmalın kə-kə-kə kəmal olubdur,Lə-lə-lə ləbin şərabı zu-zu-zu zülal olubdur
QaşlarınDəryə kənarında balıq tutarkən,Göründü gözümə maya qaşların,
Çığalı müxəmməsDilbər, sənin ol gülşən-ü gülzarına qurban,On dörd gecəlik ay təki ruxsarına qurban,
Seyrinə gəl TəbrizinSeyrinə gəl Təbrizinİnqilab yurdudur o,