Növbə daşları
Hələ də dururküçəmizdəki çörək dükanı.Yanında çoxdan«daşqalaq» olmuşdaş qalağı var.Yaxşı-yaxşı bax, tanı!Bunlar adi daş deyil,Növbə daşlarıdı!
Hərənin bir daşı vardı onda.Getmək istəyəndə bir yanadaş qoyardı öz yerinə.Ana övladını,bacı qardaşınıtanıyan kimi –tanıyırdı hər kişti öz daşını;kimisi daşa adını yazmışdı,kimisi həsrətini həkkeləmişdi.Kimisi axıtmışdı göz yaşını,Kimisi üstəgəl çəkmişdi,Kimisi çevrə.Hərə bir cür vurmuşdu möhrə.
Böyüklərin daşı böyük olurdu,sərt olurdu,ağır olurdu.Uşaqların daşıəl boydaca,yüngül,kövrək.Elə bir əlcə olardı onlarınaldığı çörək.
Daşlar növbə çəkərdiyaşlı qarıların,dərdli qocaların əvəzinə,yorğun anaların,nisgilli bacıların əvəzinə.
Daşlar növbə çəkərdiAc uşaqların əvəzinə.Bir-birinin həvəsinəçovğunda, qarda,zülmət gecələrdə«yatmazdılar» səhərədək,Təki yatsın uşaqlar.
Qara gündə qara çörəkDüzgün bölünsün gərək.Gecə gizlicədaşını irəli çəkən də olurdu,daşlar «başa düşməzdi» bunu.Çörək gələndədaşından əl çəkən də olurdu.Çörək gələndətapdalanardı daşlar,ovulardı ovum-ovum,əzilərdi xıncım-xıncım –ta çörək satılıb qurtarınca.«Çörək yemir» daşlar,«Başa düşməzdilər» bu dərdi,dözərdilər.
Axşamlar adamlar gələr,yaralı daşları yenəƏzizləyə-əzizləyənövbəyə düzərdilər.
«Növbə görməyən» daşlarDaşqalaq edib indi«növbəyə duran» daşları.O daşları bir yerə yığın, barı.Bir hasar çəkin,yaddaş hasarı!
Uzaqdan, yaxındanqoy görsün hamıbu daş xatirəni,bu daş hasarı!..Leninqrad – Bakı, Fevral, 1978
Kitabxana.az · https://kitabxana.az/en/works/fikret-sadiq-novbe-daslari
Use ← → keys to move, R for a random poem
More by this author
«Şəhərin mərkəzində rahat yaşamağı sevənlərüçün 14 mərtəbəli bina tikilir» (telereklam)
3+1 (Üç üstə gəl bir)Bu daşı biz qaldırmışıq,Hər küncündən birimiz yapışıb.
Mərsiyə əvəzinəƏlibala Hacızadənin xatirəsinə*(Eşitdim, bir az əvvəl qəbristanlıq-qəbristanlıq
Sən varsan deynən(Dünyada ən aydın şeir)*Çay axır…
Poems by other poets
Təhsinim edərdi ol pəri ru,Çəkdinmi fəraqü dərdü qayğu.
Boşla, gedəKişi, sənə deyirəm: hey filanı boşla, gedə!Vəfası yoxdu cahanın, cahanı boşla, gedə!
Dedim, dediDedim: Ey nazənin, qaşların yayıdırDedi: Qövsi-qüzeh kamanıdır bu
Qəzəl: Getməz qonaq budur ki aliyi-mədardənGetməz qonaq budur ki aliyi-mədardənTa yetməsə xəbər ona fəsli-bahardən