A qızıl sünbülüm, ağırlaş, saral!Kəhrəba rənginlə boya zəmini.Sən olmaayn yerdə arzular solar,Dən-dən ol, tel-tel ol, baxım, sevinim.

Torpağın cövhəri, günəşin nuru.Buludun göz yaşı qarışıb sənə.Səni görməsəydim dayanıb, durubNə çölə baxardım, nə göy çəmənə.

Sən qoca Zərdüştdən qalıbsan bəlkə?..Şirvanın, Muğanın bərəkətisən.Bir ovuc mirvari versələr əgər –Bir ovuc buğdaya dəyişmərəm mən.

A çölüm-çəmənim, sünbüllə bəzən,Vətənin çörəyi bol olsun gərək.Dostdan ayıb deyil, adamı bəzən –Düşmən qapısına aparır çörək.

Kövrək saman çöpü olsa da gövdən,Söykənib çiyninə bu Yer kürəsi.Əziz saxlayırlar səni hər evdə,Əziz saxlayırsan sən də hər kəsi.

Odu bağlayıblar Prometeylə,Çörəyi ilk dəfə kəşf edib insan.Od yerə Olimpdən gəlib deyirlər,Çörəyi tapıblar Ana torpaqdan.

Vətən çörəyinə yad kimi baxma,Təkcə yaşamaqçın çörək yeyilmir!Yeddi dağ aşırır tək bircə loxma,Bu, doğma torpağın gücü deyilmi?!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring