Həyatın yolları yayla qış kimi,İstidi, bürküdü, borandı, qardı.Mənim taleyimi, gələcəyimi,Düşünə-düşünə saçın ağardı.

Gözümdə eynək yox, əlimdə əsa,İstədiyin qədər sağlamam, sağam.Necə saçlarını ağartmışamsa,Elə də üzünü ağardacağam!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets