İşıq
Mənim içərimdən boylanan işıq,Qəlbimdən süzülən, ruhumdan gələn,Məni sevənlərə paylanan işıq –Günəşdən əvvəldi, torpaqdan qədim,Çiçəkdən təzədi, yarpaqdan qədim,Haqqın dərgahından gələn işıqdı.
Mənim içərimdən boylanan işıq,Aydan maya tutub aylanan işıq,Baş verib buludun altından çıxan,Torpağın ən dərin qatından çıxan,Sevən ürəklərin odundan çıxan,Oğul dodağında oda çevrilən,Gözəl yanağında yanan işıqdı.
Mənim içərimdən boylanan işıq,Nazlanan, yazlanan, yaylanan işıq,Tutqun duyğuları gözdən itirən,Qayanın bağrında çiçək bitirən,Daşın sinəsini dələn işıqdı.
Mənim içərimdən boylanan işıq,Ulduzla, Günəşlə taylanan işıq.Qurd-quşdan başlamış böcəyə qədər,Toxumdan yarpağa, çiçəyə qədər,İblisə, şeytana, mələyə qədər,İnsandan başlamış fələyə qədər,Nurunu hamıyla bölən işıqdı.Mənimlə qalacaq mən öləndə də,Qəbrimin üstündə çiçək bitirən,Qəbrimin içində ürək bitirən,Nur olub qəbrimə dolan işıqdı.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-isiq
Use ← → keys to move, R for a random poem
More by this author
Xoş üzü, xoş sözü yoxsa zamanın,İnsanın qəlbini açmaq çətindi.
Zəlimxan Yaqubun cavab məktubuYeddi yerdən qılınc kimiçapdı məni,
Bizdən salam olsun QaspıralıyaBöyük Allahıml Altmış üç il yaşadım. Bu həyatın otuz beşilini Müsəlmanların oyanması, tərəqqisi, taleyi və təkamülü
Bəkir Çobanzadənin qərib ruhuBəkir Çobanzadə — elmin sultanı,Sultanlar taxtına yaraşan alim.
Poems by other poets · Nature and spring
Nə kövkəbdir bu, ya rəbb kim, Gün əşdən nuri rövşəndir,Nə qəbqəbdir ki, ətrafı gülü reyhanü gülşəndir.
Şe’r əz zəbane-aşeq bər vəche-təhəyyore-məqame-vəslət (Qovuşma çağının heyrəti münasibətilə Aşiqin dilindən şe’r)Can xoşdur əgər buluna canan,Qul xoşdur əgər yetər be sultan.
İndi anlayıramAnamı başqa fəsillərdə razı edərdim,Başqa bəhanələrlə.
“Xarı bülbül”“Gedək İsa bulağına,çıxaq Qırxqız yaylağına...”