Xoş üzü, xoş sözü yoxsa zamanın,İnsanın qəlbini açmaq çətindi.Tükənən ümidnən, sınan ürəknən,Qırılan qanadnan uçmaq çətindi.

Kökdən üzüləndə, yerdən qopanda,Qayıdıb o yerdə bitmək çətindi.Qürbətdən vətənə dönmək səadət,Vətəndən qürbətə getmək çətindi.

Mənim o yerlərə əlim çatmadı,Mənim o yerlərə ünüm yetmədi.Həsrətin üzünə daş yamanaydı,Bir addım qapımdan anrı getmədi.

Uzaq London hara, Çukurça hara,Daş kimi atıldım, qürbətə düşdüm.Yağının yazığı gəlmədi mənə,Dəhşətdən ayrıldım, dəhşətə düşdüm.

Vətənin yoxdursa, özün də yoxsan,Qürbət qəribləri eşidə bilməz.Nə ayaz, nə şaxta, nə qar, nə boran,İnsanı həsrəttək üşüdə bilməz.

Qayıdıb Krıma dönmək istərəm,Gün keçib, vaxt ötüb, can ağırlaşıb.Getmədim nə olsun, getdim nə olsun,Duyğu yetim qalıb, ruh fağırlaşıb.

Nə söz tükənəndi, nə dərd qurtaran,Əlli il Krımın dərdini yazdım.Yazdığım əsərlər yaşatmasaydı,Mən çoxdan ölərdim, heç yaşamazdım.

Krım torpağının dərinliyində,Hələ deyilməmiş min dərdin yatır.O böyük dərdləri sən gətir dilə,Çox şükür sorağın hər yerə çatır.

Qoy səni oxusun, səni dinləsin,Qəriblər, yazıqlar, tənhalar, təklər.Mənim batan səsim eşidilmədi,Sənin gur səsini eşidəcəklər.

Millətin yolunda cəfalar çəkib,İsmayıl Xocanı yad elə, oğlum.Hörmətlə xatırla Çobanzadəni,Onun da ruhunu şad elə, oğlum.

Hələ ocağımız keçməyib tamam,Külünü üfürsən qoru yanacaq.Halal haqqımızı qaytarammasaq,Ulu babaların goru yanacaq.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation