Yeddi yerdən qılınc kimiçapdı məni,Namən gəldi yaman yerdətapdı məni.Buğum-buğum, damar-damarərimisən,İçin-için ağlamısan,kirimisən.Cana çəkib dağın-daşınsellərini,Gözünə yaş bağlamısan,Çingiz AğalAyrılığın xiffətinədözmək üçünBağrına daş bağlamısan,Çingiz AğalElə bil ki, qürbət ellərbir qəbiri,Hər qərib bir başdaşıdı,Çingiz AğalVətən yükü çəkənlərinağrıları,Ağrı dağla yanaşıdı,Çingiz AğalSənin başın nələr çəkib,Dərk edirəm, anlayıram,Çingiz AğalNiyə səni sağlığındagörəmmədim,Öz-özümü danlayıram,Çingiz AğalSənin nələr dediklərinmənə bəlli,Dada çatmır nə göz yaşı,nə təsəlli,Bu dərdlərin məzarınıbirdəfəlik qazmaq gərək,Hey dedikcə demək gərək,hey yazdıqca yazmaq gərək.Kimin əli tətikdədir,kimin başı kötükdədir,Bizə quyu qazanların,düzü tərsə yazanların,Növrağını birdəfəlikpozmaq gərək.Ağlamaqla kar aşarmı,Bir bu qədər göz yaşlarıtürk oğluna yaraşarmı?

Xəyanətin köklərinikəsmək üçünXəncərə dön, bıçağa dönlSən özünə qayıtdıqcaböyüyürsən,Qayıt yenə Oğuza dön,Qıpçağa dönlAyağa qalx Mete kimi,güclən altı qitə kimilQayna yenə Dəclə kimi,Fərat kimi,Yüksəl yenə Fateh kimi,Səlim kimi, Murat kimilHərəkət et, bərəkət ol,çağla yenə həyat kimilTapın Orxan Yeniseyə,dilə gəlsin kitabələr,

Torpağı qaz, əllərinləabad olsun viranələr.Çağır Əhməd Yəsəvini,Mövlanını,Dədə Qorqud, Yunus Əmrə,Hacı Bəktaş Vəli gəlsin.Çözələsin bu dərdləri,Qoy yığılsın çırağınatürkəm deyən pərvanələrlBilirəm ki, türk ayağaqalxan günüHəqiqətə çevriləcəkçox nağıllar, əfsanələriTürk ayağa qalxan günüDurulacaq türkün halı,Onda ruhu şad olacaq,Onda rahat uyuyacaq məzarındaİsmayıl bəy QaspıralılAyağa dur, türk övladı,Qoy təzədən çiçəklənsinBağçasaray,Krım yenə Krım olsunlÇaldığımız hər qələbə,Qoy düşmənin başı üstəçaxan bir ildırım olsun)

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets