“Xəzər” jurnalının 2-ci sayında (1977) sevimli yazıçımız MövludSüleymanlının “Ev ruhları” əsərini göz yaşı içində oxudum. Didər -ginlik, qaçqınlıq, köçkünlük dərdi qızıl ilana dönüb içimi yandırdı,ruhumu çaldı, bağrımı köz-köz elədi. “Köç” romanındakı ağrılı-acılıtalelər, hadisələr, Qarakəllələr nəslinin başına gələn üç yüz illik faciələr,İmirin, Bəkirin, Alayın, Göyüşün boyu-buxunu, səsi, yerişi yenidənxəyalımda canlandı, ürəyimdə odlu duyğular baş qaldırdı. Dünyanındüz vaxtında o köç yenə davam edir, daha faciəlidi, daha ağrılı. Qur-tan ağalar bu gün yaman çoxalıb.O zaman Qarakəllələrin yurduna-yuvasına, aranına, yaylağınasahib çıxmaq istəyən, təbiətin ucalığına topla-tüfənglə gələn Qurtanağa Qarakəllələrin qəzəbindən qorxub gecələrin birində səssizcəaradan çıxmışdı. İndiki Qurtanlar daha bizim qəzəbimizdən qorx-mur, ac qurda dönüb bizi loxma-loxma yeməklə məşğuldu. Yavaş-yavaş onlar yeməyə alışır, biz də yeyilməyə. Arxasından Allah saxlasın.“Ev ruhları”nda deyilir: – “Aparın, heyvanxanada köpəklərinqabağına atın, çox aslan, aslan deyir. Atın, deyin Tanrı dağları köpək -lərin qarnındadı, köpəklər yeyib Tanrı dağlarını, get axtar”!Tarixdə belə kinayələri çox eşitmişik, dərddən dərd götürüb, oddanod salıb “Yurd ağrısı” adıyla dünyaya gələn duyğularımı qələmə pıçıl -dayıb, vərəqlərə köçürməkdən başqa gücüm heç nəyə çatmadı.Dərdinə həmdərd olub, bu yazını qələm qardaşım, ruh və könüladamı Mövlud Süleymanlının adına bağışlayıram.

Oxudum ağlayan misralarını,Niyə ağlayırsan, Mövludum mənim.Buludu, dənizi, çayı, bulağı,Niyə ağladırsan, Mövludum mənim.Elə sızlayırsan, elə sızlamazNə sazım, kamanım, nə udum mənim.Səni dırnaq boyda sevindirməyəOcağın bir çınqı atəşi yoxmu?

Göylərin bir parça Günəşi yoxmu?Çəmənin bir dəstə gülü-çiçəyi,Zəminin bir çəngə küləşi yoxmu?Nərə sükutdumu səndən ötəri?Hava buluddumu səndən ötəri?Dərə qəbirdimi, daş səbirdimi,Qaya tabutdumu səndən ötəri?Aranda tutdan olanım,Dağda qurutdan olanım,Yerə-yurda sığışmayıb,Axırda yurddan olanım.Baxıram, o yurddan bir oğlan gəlir,Yanağı yaşlıdır, gözləri nəmli.Keçdiyi yerlərə dönüb baxıram,Sanki yağış yağır baxışlarından,Dillənir, dilində sözləri nəmli.Divarı nəm yıxar – dedi babalar,İnsanı qəm yıxar – dedi babalar.Toxum çürüyəcək, dən çürüyəcək,Ömür çürüyəcək, gün çürüyəcək,Bu qədər yağışın, nəmin içində.Gülüş dalğalanmaz, sevinc oynamaz,Bu qədər həsrətin, qəmin içində.Səni bir tərəfə çıxarmaq üçünCığır vermədisə, yol vermədisə,Sənin nisgilini azaldıb bir az,Sənin sevincini bol vermədisə,Hüdudsuz göyləri qucaqlamağaQanad vermədisə, qol vermədisə,Allah qarşısında diz çökmə qardaş,Gətir qəzəbinlə dizə Allahı.Dişinin dibindən çıxanı yağdır,Küçə söyüşüylə bəzə Allahı.Qoy Allah görsün ki, Tanrı dağınıAslanlar ağzına atmaq necədir.

Bəndələr yanında günahkar olub,Ağır günahlara batmaq necədir.Bəlkə bir balaca insafa gələ,Bəlkə bir balaca halı dəyişə.Yenidən yerbəyer edə dünyanı,Fikri təzələyə, valı dəyişə.Axı, dəyirmanda dən üyüdəllər,Fələk sənin üçün dərd üyütdürür.Arxalı dağları arxasız qoyub,Torpaq üyütdürür, yurd üyütdürür.Qəlbində o qədər yurd həsrəti var,Çöküb gözlərinə kədər dumanı.Kəndin dumanından əllərin çıxıb,Dumana oxşamır şəhər dumanı.Sənin bir davan var, yurd davasıdı,Sənin bir havan var, yurd havasıdı.Min hava çalınır toyda-mağarda,Səni bir havaya oynatmaq olmur.Başında qaynayıb qaynar qazanlar,Səni bir söz ilə ağlatmaq olur,Səni min söz ilə güldürmək olmur.Həsrət yeddibaşlı bir əjdahadı,Bir başı kəsməklə öldürmək olmur.Ağlama deməyə gəlmir ürəyim,Sənin ağlamağın gülməkdi, bəlkə?Gözdən yaş çıxanda can rahatlanır,Ağlaya bilməmək ölməkdi, bəlkə?Boyuna boz ipi tutmağa qoyma,Hələ düşmən ilə qisasımız var.Heç kimi, heç kəsi yatmağa qoyma,Bizim yaşamağa əsasımız var.Qara dağı yıxılan qardaşım,Qara dağı yıxılandaÜrəyi sıxılan qardaşım,Ürəyi sıxılandaGöz yaşı içinə yığılan qardaşım.

Ayları, illəri, günləri,Toyları, düyünləri,Qara zurnanın səsini,Gözəllərin dəstəsini,Nələr... nələri... nələri...Ömür-gün yollarında, bir-bir əlindən salıb,Qara pul kimi itirən qardaşım.Əlindən çıxanların hamısınıÇiçək kimi, ağac kimi, gül kimi,Toxum kimi, sünbül kimi,Arzusunda, xəyalında,Yenidən su veribBir-bir bitirən QARDAŞIM!!!Yeri-göyü bir-birinə qarışan,Tanrı dağları əlindən gedəliTanrısıyla gah küsən, gah barışan,Ağlayanda yazıq, güləndə pərişan,Ayağının altından yeri,Başının üstündən göyü qaçan,Eli-obası,Yurdu, yuvasıRuhunu göynədəndəSəhəri dirigözlü açan,Dağılmış evləriylə qol-qola verən,İnsan kimi yaşamağı əlindən alınan,Ömrünü birtəhər yola verən,Qəlbində həsrətin dağı bitən,Ruhunda oxşama, layla,Dilində bayatı, ağı bitən,Yurd adı gələndə,Dərd adı gələndə,İp kimi əyrilən, kəndirtək eşilən qardaşım,Gözündən sel gedən, yarası deşilənQARDAŞIM!!!

Oyundan qaçsaq da, bu qoca dünyaBizi zaman-zaman oyuna çəkir.Həyatla döyüşdə, mübarizədə,Adam var pələngə, adam var şirə,Adam var quzuya, qoyuna çəkir.Hər kəs öz nəslinin üstünə qalxır,Hər kəs öz nəslinə, soyuna çəkir.Ömür-gün yollarındaMən bilirəm nə çəkdin.Sən Qarakəllə nəslisən,Elə nəslinə çəkdin!Öz əcəliylə ölmür bu nəsil,Güllə ilə vurdururlar!Zərbə ilə susdururlar!Halalını haram edib,Yediyini qusdururlar!Sənin nəslin,Yağıların qamətini bükən nəsil!Nərəsiylə qara damnanQara torpaq tökən nəsil!Qəzəbini ildırıma,Nifrətini şimşəyə,Sevincini bulağa,Sevgisini gülə-çiçəyə döndərə bilir.Sinəsini qaya kimi,Tufanlara gərə bilir.Güllə üstə gedə bilir,Qarakəllə Göyüş kimi!Qarakəllə Alay kimi!Nərəsini çəkə bilir,Nərə kimi, haray kimi!Oğuz nərəli!Qopuz haraylı!Toppuz zərbəli!Yüz illərdiQandan, qırğından göz açmır,YaşayırDavalı-şavalı, müharibəli!Atdan düşən kimi qocalan,Ata minən kimiDirilən nəsildi bu nəsil!Qan adı gələndəOx kimi süzüb,Yay kimi gərilən nəsildi bu nəsil!Bizimki belə gəldi, qardaşım,Atın ağzından yüyən düşdü, qardaşım!Xalqa aftafa-ləyən,Bizə də sarımsaqdöyən düşdü, qardaşım!Ay yurdu itmişin oğlu,Ay evi dağılmışın,Ay çardağı yatmışın oğlu,Ay ocağı sönmüşün,Ay gəmisi batmışın oğlu!Mən səni qığılcım-qığılcım qopanda,Kösey-kösey tüstüləşəndə,Korun-korun yananda,Ovuc-ovuc sovrulanda görmüşəm.Mən səni damar-damar göynəyəndə,Qəzəbini, nifrətiniDəmir kimi çeynəyəndə,Parça-parça söküləndə,Yeddi qat olub büküləndə,Buğum-buğum sızlayıb,İçin-için qovrulanda görmüşəm!

Hanı o yurdun, hanı?Hanı o kəndin, hanı?Barlı bağın-bağatın,İşıqlı aynabəndin hanı?

Nur içində açılanİşıqlı səhərin hanı?Şahə qalxan köhlənin,Qızıl üzəngin,Gümüşdən yəhərin hanı?Aslanlar ağzı cıranƏr oğlu ərin hanı?Niyə gücsüz görünürsən,Gücün, təpərin hanı?

Səsimiz qaranlığın bağrını yaranda,Arandan yaylağa,Bağ BorçalıdanDağ Borçalıya mal aparanda,İlxı, sürü, naxırBir-birinə qarışanda,Eşqimiz, həvəsimiz,Gücümüz, nəfəsimizUçan quşlarla,Axan sularla,Bal kimi şirin arzularla yarışanda,Çox keçmişəm Cücəkənddən,Çox keçmişəm kəndinizin içindən,Başınız açılmır əkindən, biçindən.Əkin əkənə bax, toxum səpənə bax.Çörəyi gözünün üstünə qoyub,Buğdanı ovcuna alıb öpənə bax!Əmcək eydirənə,Oxşama deyənə,İnəyi sağana bax!Səhər-səhər sığal verib özünə,Ay kimi batıb, gün kimi doğana bax!Ot daşıyanda,Taya quranda,Gün tumoyu olmasın deyəYaylığı dördkünc bağlayıbBaşına qoyana bax!Məclis qurana,Erkək kəsənə,Heyvan soyana bax!Yerişindən yer titrəyən,At ağızlı, köhlən yerişli,Qaya duruşlu,Daş təmkinli,Mamır möhürlü,Qurd ürəkli,Şir biləkli,Pələng pəncəli,Qılınca, qamçıya, ata,Yerə, göyə, dağa, daşa,Suya, oda, yağışa, qara,Şaxtaya, sazağa öyrəncəliNağıldan gələn,Əfsanədən qopan,Alatoranın sazağı,Dan yerinin işığı,Çiçəklərin ətri,Güllərin təravəti,Canına, qanına hopan,Tanrıtanımaz, yolasığmaz,Ölçüyəgəlməz,Bulud papaqlı, qaya sinəli,Aranlı-yaylaqlı, dağlı-binəliOĞUZLAR,QOPUZLAR,TOPPUZLAR HANI?!Hanı o kişilər, hanı?Şimşək olub çaxanlar,Göy olub gurlayanlar,Yel olub əsənlər hanı?

Qoç Koroğlular,Xan Eyvazlar,Dəli Həsənlər hanı?!Birdən-birə nə oldu bizə –Kim əzdi, kim şumladı,Üstümüzdən zamanınKotanımı adladı, xışımı keçdi?Bizə Allahın qəzəbi,Tanrının qarğışımı keçdi?Birdən-birə nə oldu bizə –Təndirimiz istisiz,Ocağımız tüstüsüz,Kündəmiz urvasız,Yurdumuz yuvasız,Çörəyimiz ətirsiz,Sacımız fəsəlisiz, fətirsiz,Dəyirmanımız dənsiz,Başımız bədənsiz,Dirimiz cansız, ölümüz kəfənsizmi qaldı?Belə vaxtda, belə gündə,Yaxşı ki, sən varsan, qardaşım!Axtar o yurd yerlərini,Axtarsan taparsan, qardaşım!Mən sənə baxanda elə bilirəm,Qaraxaç yaylağına,Noyçalı bulağına,Hacıxəlil ocağına,Oy dərəsinə baxıram.Tərlanların qıyına,Qartalların səsinə baxıram.Kəndinizdə bir cüt hacıleylək var idi,O leyləklərin yuvasına baxıram.Mən sənə baxanda,Dəlidağın gündə neçə dəfə,Açılan-tutulan havasına baxıram.

Mən sənə baxanda,Dünyanın o başından,Min illərdi yol gələn,“KÖÇ”ə baxıram, KÖÇƏ.O günlər-güzəranlar,Yaddan çıxası deyil,Min illər gəlib-keçə!Qurban olum səni doğan anaya,Nə yaxşı qəmxar oldun,Bu boyda qəmxanaya!Daha çox itirərdik,Duymasaydı ürəyin, işləməsəydi başın,Yazmasaydı qələmin, olmasaydı yaddaşın!Olmaz ki, heç olmasın dərd verənin dərmanı,Yəqin ki, belə imiş ilahinin fərmanı.

Yalvarıb yoncusaq da,ALLAHA,PEYĞƏMBƏRƏ,İMAMA,MÜRİDƏ,MÜRŞÜDƏHünər bizdən olmasa,İnanmıram ki, onlar,Haqqımızı qaytara,Səsimizi eşidə!Hələlik hünərimiz,Ruhları silkələyən,Yaddaşları oyadan,Yaralar üstündəki qaysaqları qoparan,Haqsızlıqlar içində bizi haqqa aparan,Sən yazdığın yazıdı.Bir qələm adamının,Zülmə, şərə, böhtana, haqqa ETİRAZIDI!!!20.11.1997

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets