Dedilər ki, bu axşam Kəlbəcər də verildi,Bəd xəbər ürəyimdə açıldı şırım kimi!Yer üzü başdan-başa alova-oda döndü,Bu dünya gözlərimdə çaxdı ildırım kimi!Kəlbəcər də verildi...Bu dəhşətli xəbərdənEşildim kəndir kimi, qıvrıldım ilan kimi!Heç özüm də bilmədimBu sözə, bu söhbətəHəqiqət kimi baxım, ya bir ağ yalan kimi!Kəlbəcər də verildi...Birdən-birə elə bilDuyğularım, hislərim kaman kimi gərildi!Söhbətə bax, sözə bax!Kəlbəcər də verildi...Elə bildim bir andaAlçaldı uca dağlar,Düşmənin qədəminə palaz kimi sərildi!

Talan olur Kəlbəcər!Düşmən gəlir soymağa, talamağa, qarətə,Yer-göy uça, dağıla,Dünyanın həqiqətiÇevrilsə də nağıla,Yer üzü başdan-başa qan gölündə boğula,Mən inana bilmərəm bu boyda həqarətə!Düzü sındırmaq olar, dağ məğlub ola bilməz,İlkimdi, əzəlimdi,Gözəllər gözəlimdi,Mənim bakirəliyimDüşmənin tapdağında saralıb-sola bilməz!

Baharda coşub-daşan sellər azadlıq sevir,Pardaqlanıb açılan güllər azadlıq sevir.Enişlər enəndə də, yoxuşlar çıxanda daİzə, cığıra sığmır, yollar azadlıq sevir.Təbiət azadlığın müqəddəs anasıdı,Dağ da, daş da, çiçək də,Uçan quş da, böcək də,Axıb gedən bulud da, əsib keçən külək də,Azadlığın eşqinə hər zaman yanasıdı!Mənim azadlığımdı Taxtadüzün görüşü,Mənim azadlığımdı Dəlidağın duruşu.Mənim azadlığımdı qartalların yuvası,Mənim azadlığımdı İstisuyun havası.Kim gəldi birdən-birə bu boyda cəsarətə,Mənim azadlığımı kim saldı əsarətə?!Ağıllımı, dəlimi?Qan soran bir zəlimi?Mənim qanıma batmış daşnakların əlimi?Saman altdan su kimi,Siyasət çirkabınıRuhumuza yeridən, qanımıza axıdanMoskvanın, Beyrutun, Parisin əməlimi?Allah! Özün şahid ol,Bir millətin başınaBu qədər də bəlalar, müsibətlər gəlirmi?!

Kimdi məni ölümə bu qədər sürükləyən,Kimdi mənim qanıma bu qədər yerikləyən?Necə ola bilər ki,Bircə günün içində məğlub olsun Kəlbəcər,Bir daşı, bir qayası tərpənməsin tük qədər?!Mən buna inanmıram,Mən bu məğrur dağlarıməğlub olmuş sanmıram!

Düşmən gəlir deyəndə,Tərtər dönüb geriyə, tərsinə axmadımı?Daşdan torpağa qədər,Otdan yarpağa qədər,Dişdən dırnağa qədərBir orduya çevrilib ayağa qalxmadımı?Nə oldu birdən-birə hamı qaçqına döndü,Bircə dəfə çevrilib geriyə baxmadımı?Bakirə çəmənlərə murdar əllər dəyəndə,Allahını unudub, nahaq haqqı döyəndə,Güllərin ləçəkləri gülləyə dönmədimi?Zirvələrin qəzəbiQaniçən yağıların başında sönmədimi?Biz vaxtında bilmədik düşmənin hesabını,Biz vaxtında vermədik düşmənin cavabını.İllərlə hazırlaşan nizami bir ordunuGülüşdük, lağa qoyduq.On minlərin adını beş-altı dığa qoyduq.Vəzifə davasında keçirib günümüzü,Bığdan saqqala verdik, saqqaldan bığa qoyduq.Nəzərə almadıq ki,Arxasında ayı var qurdbasan köpəklərin,Qəlbi natəmizlərin, ürəyi napakların!

Qəlbində min illərin yamanlığı, pisliyi,Gözlərinin içində hiyləsi, xəbisliyi,Boynunda bu dünyanın dağlar boyda günahı,Əlində qan qoxuyan, qan axıdan silahı,Axdı neçə şəhərə, yeridi kəndə düşmən,Arxasında güc görübHarınlaşdı, böyüdü arxada, öndə düşmən.Çevirsək keçmişlərin tək bircə varağını,Onda aydın görərik düşmənin alçağını.Səhl–Sumbat Babəki satdı dünya malına,Nə kəsdiyi duz-çörək,Nə illərin dostluğu gəlmədi xəyalına.Dünən Babəki satanFırıldaqçı, şarlatan,Hər gün su bulandırıb,Hər gün aranı qatan,Bu gün zühur eləyir,Gah Petrosyan donunda, gah Balayan donunda,Neçə-neçə yanların tökdüyü qan donunda!Şər-böhtan girdabında gözünə qədər batan,Dünən Babəki satanBu gün satmaq istəyir bütöv Azərbaycanı.Nə böyükdü iştahı,Nə qədimdi niyyəti,Qulağında sırğadıPyotrun vəsiyyəti!Kiçik ErmənistanıÖzgələr hesabına böyütmək istəyənlər,Böyüdə bilməzsiniz!Böyük AzərbaycanıÜyütmək istəyənlər, üyüdə bilməzsiniz!Məğlub olan sizsiniz, Laçın, Kəlbəcər deyil!Şuşanın susmağı da mənimçün kədər deyil!Sükutunda tufan var, birdən-birə qalxacaq,Dönüb qoca pələngə, dönüb şirə, qalxacaq!Cabbarın zənguləsi qalxacaq qoşun kimi,Seyidin zənguləsi dəyəcək qurşun kimi!Üzünü gələcəyə, sabaha döndərənlər,Xanın şikəstəsini silaha döndərənlər,Qalxacaq öz yerindən kişi kimi, ər kimi,Qalxacaq öz yerindən hamı bir nəfər kimi!O mənim tanıdığım Laçın, Kəlbəcərdisə,Hər oğlu bir sal qaya, hər qızı Həcərdisə,Unudub bir anlığa kədərini, yasını,Xırda düşmənlərindən,Böyük düşmənlərindən alacaq qisasını!

Ön cərgəyə çıxardıbKişilərin mərdini, oğulların xasını,Alacaq qisasını!Biganə ötməyəcək heç bir kəsin yanından,Bu yaralı torpağa can verəcək canından.Odlu bir qılınc kimi sıyrılacaq qınından,Düşmən qanı yuyacaq qılıncının pasını,Alacaq qisasını!Silaha döndərəcəkŞəhidlərin üstündəOxuduğu Quranı, oxuduğu Yasini,Alacaq qisasını!!!Çalınan sazımız da,Oxunan sözümüz də,Bu yaralı Vətənin məlhəminə dönəcək!Bu Vətən düzlərinin quruca çöpü beləİlhamlı şairlərin qələminə dönəcək!Yayacaq yer üzünə həqiqətin səsini,Əlli milyon dodaqdaEşidəcək bu dünya qələbənin səsini!Min illərin tarixi dürüst öyrədib bizə,Haqqın tərəfindədi uğurlu mübarizə.

Çəkil, ey qarı düşmən,Uda bilməzsən məni!Yağlı tikə deyiləm,Yağlı təkə deyiləm,Yağlı kökə deyiləm,Uda bilməzsən məni!

Aş deyiləm yeyəsən,Daş deyiləm döyəsən.Leş deyiləm söyəsən,Uda bilməzsən məni!

Buz olub donduraram,Köz olub yandıraram.Dişini sındıraram,Uda bilməzsən məni!

Sən bu gözəl Qafqazın,Ürəyinin, beyninin xərçəngi, vərəmisən,Neçə min ailəninGözlərinin yaşısan, kirpiyinin nəmisən,Sən ey bədbəxt erməni,Axtarmaqla tapılmır xərçəngin də dərmanı!Ən mahir ovçuların ovsunlanmış ovusan,Moskvanın Bakıya atılmış tilovusan.Onun-bunun əlində oyuncaqsan, oyuncaq,Satqının aqibəti rüsvay olmaqdır ancaq!İşıqlı arzuların dumanısan, çənisən,“Sən qulsan, sən köləsən, çünki sən ermənisən!”İlahinin özüydüBu sözləri dedirdən Puşkin kimi dahiyə!Haqqı nahaqqa vermir, min şükür İlahiyə!Qroznı siyasəti,Pyotrun vəsiyyəti,Lenin “xilaskar”lığı,Qorbaçovun varlığı,Öz xalqına nə verdi, gəlib sənə nə verə,Bəlkə də ümidin var,Özü acından ölənSənə pul bağışlaya, saysız xəzinə verə!Allah özü göz qoyur hər kəsin əməlinə,Mahir bir dilənçisən,Ömrün boyu baxmısan onun-bunun əlinə.Allah dağına baxıb verir onun qarını,Sən Tanrının yanındaÖmürlük itirmisən namusunu, arını.

Səni saxlamaq üçünAxır belədən-belə Amerika dolları.Yardım gətirənlərinƏlləri, ayaqları yağır edib yolları.Amerika qışqırır:“Ermənistana yardım!”Fransa hay-küy salır:“Ermənistana yardım!”Rusiyanın diliylə“Vesti” yalan qışqırır:“Ermənistana yardım!”Beyrut ayağa qalxır:“Ermənistana yardım!”Bir görün kim sığınıb kimlərin kölgəsinə,Hamı nəzir göndərirErməni millətinin dilənən ölkəsinə.Mən heç bir məmləkətdəBu cür riyakarlığı, bu vərdişi görmədim,Özünün sərvətinə,Özünün zəhmətinə,Güvənməyən bir kəsi heç vaxt kişi görmədim!“Acından öldüm” – deyib hay-həşir salana bax,Üzə durub dediyi qırmızı yalana bax!Ölürsənsə acından,Hər gün söz açırsansa xalqın ehtiyacından,Bu qədər tankın, topun,Saysız yalanın, gopun,Hansı vardan güc alıb hər gün axır üstümə,Baxıb-baxıb sevinir dumanıma, tüstümə.“Acından öldüm” – deyib nahaq yerə salma səs,Kəlbəcərdən, LaçındanDaşıyıb apardığın min il sənə bəsdi, bəs!

Evimdən cehiz gedib,Toyumdan nəmər gedib.

Telimdən daraq düşüb,Belimdən kəmər gedib.Qızım muraz üstündə,Oğlum südəmər gedib,Kəlbəcər talanında!

Neçə dəfə baxmışam,Kəlbəcər muzeyinə,Nurlu işıq salırdıGözə, ağla, beyinə.Dostum Şamil ƏsgərinGözlərinin nuruydu,Azərbaycan xalqınınƏn böyük uğuruydu!

Xanadan xalım gedib,Pətəkdən balım gedib,Dənliyimdən dən gedib,Unluğumdan un gedib,Yorğanım üzsüz qalıb,Döşəyimdən yun gedib,Kəlbəcər talanında!

Oyan, ey qarı düşmən!Təbiətin, torpağın birinci zəlzələsiAllahın tərəfindən sənin xəbərdarlığın!Çəkilməsən içinə, yığılmasan özünə,İkinci zəlzələdə yox olacaq varlığın!Bax, onda biləcəksən din nədi, Allah nədi!Bax, onda biləcəksən tutduğun günah nədi!Bax, onda biləcəksənÖzgənin torpağına göz dikməyin xeyrini,Bax, onda biləcəksənÖlkələri dağıdan, ev yıxan tamah nədi!

Yox, yox, yanılıram mən,Zəlzələ min yol qopa, sizə dərs olan deyil,Ən böyük faciələrGəlib sizləri tapa, sizə dərs olan deyil.Haqq sizə qənim olur, haqq yolu tutmursunuz,Sizə dəyən bir daşı,Aradan min il keçə, heç vaxt unutmursunuz.Bizsə unutqanlıqda birinciyik, birinci!Unutmuşuq həmişə unudulmaz dərdləri,Ermənini seçmişik ən layiqli yerlərə.Böyük vəzifələrəÖzümüz qaldırmışıq ən böyük namərdləri!Dərmana zəhər qatan həkimimiz erməni,Müşfiqi güllələdən hakimimiz erməni!Cavidə qan qusduran,Əhməd Cavadımızı bircə anda susduran,Katibimiz, sədrimiz, nazirimiz erməni!De, kimimiz olmayıb, de, kimimiz erməni?!Bizim qulağımız kar, gözümüz də kor olub,Bakının ortasındaNeçə erməni nəsli bizə prokuror olub!Şillələnən biz olduq, şillələyən erməni!Güllələnən biz olduq, güllələyən erməni!Ev yıxanlar erməni, ev tikənlər erməni!Daşın, divarın üstə xaç çəkənlər erməni!Elə bil bizdən ötrü18-ci ilin mart qırğını yoxuymuş,Elə bil bizdən ötrü30-cu illərin sərt qırğını yoxuymuş!Həm sənindi, həm mənim,bu torpaq, bu daş dedik,O bizə düşmən dedi, biz ona qardaş dedik!O bizə təpik atdı, biz onu qucaqladıq,O gedəndə biz ona getmə deyib ağladıq!Körpələrin əzilən başını unutmuşuq!

Anaların kəsilən döşünü unutmuşuq!Yanan aynabəndləri,Tüstülənən kəndləri,Tökülən göz yaşını,Əzilən başdaşını,Pozulan gülüstanı,Şumlanan qəbiristanı,Kəsilən yolumuzu,Bağlanın qolumuzu,Bizə qarşı sərtliyi,Ən böyük alçaqlığı,Ən böyük namərdliyi,Unutmuşuq, qardaşım, həmişə unutmuşuq!!!

Ölmüş Xocalı da, solmuş Laçın da,Yaralı Şuşa da, Kərkicahan da,Təzə yaralardı, təzə yaralar.Birdən beşə çatdı, beşdən əlliyə,Ehtiyac qalmadı bir təsəlliyə,Çatdı yavaş-yavaş yüzə yaralar!

Nurlu baxışlarla qışa döndü yaz,Gözümüz od gördü, başımız qapaz.Duz səpən çox oldu, məlhəm qoyan az,Döndü bağrımızda közə, yaralar!

Hərə yaxamızı bir yana dartdı,Dərman tapılmadı, dərdimiz artdı.Köhnə yaraları yaddan çıxartdı,Təzə müsibətlər, təzə yaralar!

Biz bu yaraların altını çəkib,Biz bu ağrıları dərk eləməsək,Gönüqalınlığı, biganəliyi,Başısoyuqluğu tərk eləməsək,Hər gün seyrələcək sıralarımız!Hər gün göynəyəcək yaralarımız!Dərdimiz çəkilməz, yaramız dərin,Sayı çoxalacaq fərarilərin!Sayı azalacaq döyüşənlərin,Sayı çoxalacaq xalqın, millətin,Bir daraq gülləyə, bir avtomata,Beş-altı manata dəyişənlərin!

Ən ciddi, ən ali vəzifələrə,Lağlağı adamlar seçilir indi.Baxan yox Vətənin bütövlüyünə,Torpaq yavaş-yavaş kiçilir indi.

Ədamız dünyaya sığışmasa da,Boyumuz görünmür boylar yanında.Biz ki, nə yağanıq, nə guruldayan,Xırda bulaqlarıq çaylar yanında.

Elə bil bir anda göyə çəkildi,Ucaboy kişilər, hündür adamlar.Kəsir yavaş-yavaş nəfəsimizi,Keçib boynumuza kəndir adamlar.Kimi dindirirsən vəd verir sənə,Şübhələr, gümanlar yalan üyüdür.Unluğun unu yox, ənliyin dəni,İndi dəyirmanlar yalan üyüdür.

Tənə yarasından, söz gülləsindən,Bağrımız, sinəmiz dəlik-dəlikdi.Xalqın taleyini hərraca qoymaq,Ən böyük siyasi fahişəlikdi!

Biz öz vaxtımızı vermişik hədər,Düşmən özü boyda nifrət, kin olub.

Əsrin əvvəlindən bu günə qədər,İki milyonumuz didərgin olub!

Çox meydan oxudu dinsiz dinliyə,Quranın qənimi min yol xaç oldu.Milləti öyrətdik didərginliyə,Həmişə payımız qaçaqaç oldu.

Həkimsiz, dərmansız dərdi min olan,Talanan sərvətik bu yer üzündə.Evinin içində didərgin olan,Yeganə millətik bu yer üzündə!

Zəngəzur qaçqını, Göyçə qaçqını.Xocalı qaçqını, Şuşa qaçqını,Qaçqınlıq peşəyə çevrilir indi,Olmuşuq hamımız peşə qaçqını.

Elin arxasından qaçmaq azıymış,Sözün arxasından qaçırıq indi.Millətin gözünə görünəmmirik,Toyundan, yasından qaçırıq indi.

Elə bil bu torpaq bizimki deyil,Dağından, düzündən qaçırıq indi.Özgələr daraldır meydanımızı,Vətənin özündən qaçırıq indi.

Ayaq saxlamasaq bu qaçaqaçda,Qoruya bilməsək qalan yerləri,Vətən başdan-başa talana gedib,Olacaq düşmənin talan yerləri.

Oğuz xan çıxacaq qənşərimizə,“Saxla ayağını, dayan!” – deyəcək.

Atilla çıxacaq qənşərimizə,“Arxaya çəkilmə bir addım belə,Şəhid ol, qanına, boyan!” – deyəcək.Xətai çıxacaq qənşərimizə,“Vətən torpağıdır əldən verdiyin,Yatmısan yuxudan oyan!” – deyəcək.Ən ulu kəlməni, ən böyük sözüVətəni yadların əlindən alıb,Ömrünü Vətənə qıyan deyəcək!

Dedilər ki, bu axşam Kəlbəcər də verildi,Dəlidağın gülləriDüşmənin əlləriylə dəstələndi, dərildi.Verən kimdi, alan kim?Doğru kimdi, yalan kim?Satan kim, satdıran kim?Bizim bu dərdimiziÖrt-basdır eləyən kim,Dünyaya çatdıran kim?Kökəlmələr, şişmələr düşmənin qələbəsi,Daxili didişmələr düşməni qələbəsi.Laçın əldən gedirsə, laçınlılar qorusun,Şuşa əldən gedirsə, şuşalılar qorusun.Lənkəran batalyonu Lənkəranı qorusun,Naxçıvan batalyonu Naxçıvanı qorusun.Kim başdı, başda dursun, kim ayaqdı ayaqda,Kimi başı qorusun, kimi canı qorusun.Kim saldı ortalığa belə murdar adəti,Ayrı-seçkilik oldu millətin fəlakəti!Düşmən kimdi, mən özüm!Özümə düşmən özüm!Göyçə də, Zəngəzur da,Dərbənd də, Borçalı da,Mənimdi, mənim olub!

Zəngəzur söküləndə hayına yetməmişik,Göyçə bircə gecədə çöllərə töküləndəQaçqına dönənlərin yanına getməmişik!Görüb bu soyuqluğu,Haqq bizə cəza verib,Haqq bizə qənim olub!Bizdən gələcək nəsil haqq-hesab istəyəcək,Hər ağrılı suala bir cavab istəyəcək.Niyə verdin Şuşanı?O da Təbriziydimi? O da Dərbəndiydimi?Niyə getdi Kəlbəcər?Dəlidağ sənin üçün xırda bir kəndiydimi?Niyə verdin Laçını?O dağlar səndən ötrü qumarmı, fəndiydimi?Cibləriniz varıymış Vətəndən min qat baha,Dşləriniz varıymış gödənsökən, əjdaha!Ciblərinə güc verən Vətəni qoruyammaz,Vətən nədir bilməyən,Bu vətənin yolundaAğac olub bitəmməz, daş olub quruyammaz!İşləriniz varıymış, kirli, murdar, ləkəli,Dişləriniz varıymış,Canavarın dişindən min dəfə təhlükəli!Meyit alverçiləri,Cavab verəcəksiniz!Cənazə hərisləri,Cavab verəcəksiniz!Ölü həvəskarları,Cavab verəcəksiniz!Baxmayıb ürəklərin kədərinə, yasına,Neçə minə satdınızŞəhidi atasına,Övladı anasına!Bu millətin qanıyla zarafat eləyənlər,Bu milləti gah eşşək, gah da at eləyənlər,Lay divar oğullaraArxadan atəş açıb, yeddi qat eləyənlər,Cavab verəcəksiniz!Minləri, milyonlarıQəpik-qəpik qaytarıbNəsillər qarşısında hesab verəcəksiniz!Nə qədər bu torpağı sata-sata yaşayıb,Nə qədər bu millətə əzab verəcəksiniz!Cəbhədə yaralılar “torpaq” deyib can verir,Arxada xəstəxana – xalq qan növbəsindədi,Yaralı oğullara damarından qan verir!Kimi qanından keçir!Kimi canından keçir!Kimi də saymazyanaXalqın yanından keçir!Çibinlər vızıldaşır qulağının dibində,Dünya vecinə deyil, gəzir əli cibində!Düşmən təslim olacaq, onun geci-tezi var,Allah! Sən bu milləti biganələrdən qoru!Özü özünə düşmən divanələrdən qoru!Biganə olanların vecinə olan deyil,Ürəyin sızlaması, beyinin gərginliyi,Millətin bədbəxtliyi, xalqın didərginliyi!

Kim nə bilir, bu dartışmaAymı çəkər, ilmi çəkər.Müxənnətlər tutduğundanAsan yolla əlmi çəkər.Dağ əriyər, daş qum olar,Göz yaşımın axarındanTəbiətdə daşqın olar,Mən çəkəni filmi çəkər.Qışlamağa qışlası yox,Yaylamağa yaylası yox,Dağı uçub arxasından,Ellər bu gün elsiz qalıb.

Süd qoxulu körpələrinOxşaması, laylası yox,Dillər bu gün dilsiz qalıb!Aşıq Şəmşir məzarındanAyrı düşüb, aralanıb.Güllü nənə gülsüz qalıb.Doğru yollar əyri çıxıb,Yol sahibi yolsuz qalıb.Bu nə gündü düşdük, Allah!Yas keçirən ağlayammır,Toy eləyən gülə bilmir.Evsizə bax, öz evinəGedə bilmir, gələ bilmir.Bu nə gündü düşdük, Allah!Öz kəndində doğulanlarÖz kəndində ölə bilmir!

Bu dərdlərin, bu qəmlərin önündə, qardaş,Heç bilmirəm ağıllıyam, yoxsa dəliyəm.Canımda od, qanımda buz, gözlərimdə yaş,Tarixi bir səhifəni çevirməliyəm!

İbrahim xan bir qız aldı, erməni qızı,Elə bildi yetişəcək qəhrəmanlığa.Bu əməli özü üçün şərəf sayanda,Bilmədi ki, zərbə vurdu böyük xanlığa!

Qız atası Cümşüd Məlik əl-ayaq açdı,Bu qohumluq ondan ötrü yağlı aş oldu.Gecə-gündüz qılığına girdi xanlığın,Satqınlıqda görünməmiş bir oğraş oldu!

“O farsların sədaqətli dostudur”, – deyib,Bir gecədə İbrahimi satdı ruslara.Bir xanlığın sarayını uçurmaq üçün,Bu xəbər də bəs elədi o dəyyuslara!

Ermənilər at oynatdı belədən-belə,Xəyanətin küləkləri əsdikcə əsdi.Rus əsgəri cəllad oldu İbrahim xana,Oğlunun da, qızının da, arvadının da,Özünün də bir gecədə başını kəsdi!

Bu tarixi istəsək də, istəməsək də,Bu, tarixin ən dəhşətli həqiqətidir.Biz dostluğun şərəfinə şüar deyirik,Düşməninsə düşmənlikdə fikri qətidir!

Kəndir lazım olacaq, neçə sabunlu kəndir,Qaniçənə, zalıma, cəllada, günahkara.Millətin qabağında tutub onları bir-bir,Asacaq hülqumundan, zaman çəkəcək dara!

Öz xalqının qanıyla hər gün alver edənlər,Şan-şöhrət pilləsində özünə yer edənlər,Yada xoş gəlmək üçün özünə şər edənlər,Cilddən-cildə girsə də,Dondan-dona düşsə də,Zaman söküb-tökəcək maskaları, donları,Sabunlu kəndir tapıb xalq asacaq onları!

Xalqın cibindən girib ürəyindən çıxanlar,Xalqın gözündən girib kürəyindən çıxanlar,Cəmiyyətin min cürə kələyindən çıxanlar,Yığsa da sandıqlara minləri, milyonları,Xalq asacaq onları!Kəndir lazım olacaq, neçə sabunlu kəndir,Öz yurdunu unudub, özgə yurd gəzənlərə,Həm manqurt olanlara, həm manqurt gəzənlərə!Dar gündə, dar ayaqda aradan çıxanlara,Xalqı satıb, millətin evini yıxanlara,Başsız baş olanlara!

Yeri çaş olanlara!Qəlbi daş olanlara!Oğruya, rüşvətxoraMəsləkdaş olanlara!Cibdən ötrü harda aş – orda baş olanlara!Zaman özü quracaq bir gün dar ağacını!Saymayacaq heç kəsinNə qızıldan taxtını, nə yaqutdan tacını!Kimlər ki, heç duymadı xalqın ehtiyacını,Çəkdirdi bu millətə hər ağrını, acını,Lap lüm-lüm udsalar da neçə-neçə tonları,Xalq asacaq onları!O gün nə vaxt gələcək?Qoy heç kəs darıxmasın,Heç kəs o gündən ötrü ürəyini sıxmasın!Hər bir kəslə ayrıca hesabı var, işi var,Mıxı mismar eləyən yaradan bir kişi var!O da xalqa güvənir, yerdəki qüdrətdi xalq!Təlatümdü, dalğadı, coşan hərəkətdi xalq!Tük qədər incəlik gözlərindən yayınmaz,Ulu sevgi qaynağı, sönməz məhəbbətdi xalq!Qibləsini unudub, yolunu azanlara,Tarixi həqiqəti tərsinə yazanlara,Qanını yad millətin qanına qatanlara,Şöhrətin kölgəsində məst olub yatanlara,Təpədən-dırnağadək qəzəbdi, nifrətdi xalq!Aramızda nə qədər alçaq var, başkəsən var,Atasından inciyib, anasından küsən var,O nifrətin odunda yetişəcək sonları,Xalq asacaq onları!Zaman susdura bilir,Ən vəhşi, ən yırtıcı pələngləri, şirləri!Yuyar zamanın seli paxırları, kirləri!Qoy heç kəs unutmasınTarixin əlindəki sabunlu kəndirləri!!!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland