Xəzan vaxtıdır
Bir qocanın duruşuna baxıram,Kirpik enib, gözdə xəzan vaxtıdır.Qan çəkilib, yanaq solub-saralıb,Üz qırışıb, üzdə xəzan vaxtıdır.
Yolu tutan nə boranmış, nə qarmış,Bahar ömrü yaşamağa nə varmış.Otuz yaş da, əlli yaş da baharmış,Doxsan keçdi, yüzdə xəzan vaxtıdır.
Göz dolanda yaşına döz taleyin,Baş dəyəndə daşına döz taleyin.Ağır gələn qışına döz taleyin,Gözlə, baba, gözlə, xəzan vaxtıdır.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-xezan-vaxtidir
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Surətdə mələksən, xilqətdə insan,Yoxdur bərabərin el arasında.
Ey gül, səni bilməm necə ustad çəkibdirEy gül, səni bilməm necə ustad çəkibdir,Nəqqaş-i əzəl sünin edib yad çəkibdir.
Pərtövi-hüsnün görüb xurşidi-tabandur derəmPərtövi-hüsnün görüb xurşidi-tabandur derəm,Şiveyi-qəddin görüb sərvi-xuramandur derəm.
Ey gül, səni kim ayrı salıbdır çəmənindən?Ey gül, səni kim ayrı salıbdır çəmənindən?Aç gizli müəmmanı o qönçə dəhənindən.