Arzularım gözəlləşibŞəhərə dönsə,Gecələrim işıqlanıbSəhərə dönsə,Hər səfərim ən mənalıƏsərə dönsə,Yer üzünü qarış-qarışGəzsə də ilham,Bir gün dönüb bu yerlərəQayıdasıyam.

Dilimizin dadı burda,Şirəsi burda.Sözümüzün balı burda,Kərəsi burda.Bir ömürdü günləriminHərəsi burda.Dodağımda şeirə dönübHər düşən axşam.Bir gün dönüb bu yerlərəQayıdasıyam.

Odu sönməz, külə dönməzYanar ocaqlar.Ömür burda yüzü keçər,Yüz biri haqlar.Gur bulaqlar nur payımıGözündə saxlar.Zirvədə qar, düzdə çiçək,Qayada suyam.

Bir gün dönüb bu yerlərəQayıdasıyam.

Ata əli toxum səpən,Torpaq payım var.Ana əli alışdıran,Ocaq payım var.Bu dağları səsləməyəBir harayım var.Neçə yatmış xatirəniOyadasıyam.Bir gün dönüb bu yerlərəQayıdasıyam.

1977, 18 iyul

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets