Onda diri sayma
Yenə qoynundayam, ay ana kəndim,Bağçanın açılan gülü bil məni.Üşüyən əlini qızdırammasam,Ocağın qaralan külü bil məni.
Qoynunu sehrli cənnət sanmışam,Közlə ərimişəm, şamla yanmışam.Elə yumşalmışam, rahatlanmışam,Çəmənin məxməri, tülü bil məni.
Bir damla suyunu arxa çevirdim,Xalq oldum, üzümü xalqa çevirdim.Nə zaman mən sənə arxa çevirdim,Onda diri sayma, ölü bil məni.
2000, 6 dekabr
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-onda-diri-sayma
Use ← → keys to move, R for a random poem
More by this author
Sahibə xanıma*Dünən yaz günüydük, səhər mehiydik,
Nəvəm TuranaEvdən ayrılanda beş-on günlüyə,Məni bir cazibə evə çəkərmiş.
Nəvələr şəhərdi, babalar qalaMənim gözüm nuru, könlüm işığı,Sənin doğulduğun şəhərdəyəm mən.
Turanın şeirini Turanda yazdımNəvəm babasından şeir istədi,Onu ən müqəddəs bir anda yazdım.
Poems by other poets · Nature and spring
Adəmdən xatəmə, natiqi Quran mənim,Din mənim, məssəb mənim, yol mənim, ərkan mənim,
Ayrılığın dilini öyrənirəmÇiçəklər baharın dilini öyrənir,arılar çiçəklərin.
Pişvaqiədən: Feyzi-əşkin talibi çeşmin bükadan saxlamazFeyzi-əşkin talibi çeşmin bükadan saxlamaz,Lülüi-saf istəyən bəhrin sədəfdən saxlamaz
ŞəltükQutarmışdıq hər əngəldən, gənə bir əngəlim çıxdı,Cənabın bəxş edən şəltük içindən çox bəlim çıxdı.