Mənim gözüm nuru, könlüm işığı,Sənin doğulduğun şəhərdəyəm mən.Gözəlim İstanbul açıb qoynunu,Turan dünyasına səfərdəyəm mən.

Ömrün boğçasında gül tala-tala,Nəvələr şəhərdi, babalar qala.Sən mənim ruhumun sazısan, bala,O sazın kökündə bir pərdəyəm mən.

Torpağım Turandı, yurdum Turandı,Hayana vardımsa, gördüm Turandı.Nəvələr içində ordum Turandı,Babalar içində sərkərdəyəm mən.

2002, 15 iyun

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland