Dastan söylə, Abbas çatsın Gülgəzə,Nağıl danış, göydən düşsün üç alma.Bayatı çək, dirilik ver hər sözə,Anam mənim, belə vaxtsız qocalma!

İnsafdırmı oğul yetir, qız yetir,Cavanlaşıb öz barından güc alma.Bir doyunca bu dünyaya göz yetir,Anam mənim, belə vaxtsız qocalma!

Ocağımız nəfəsinlə qalansın,Ayrılığın karvanında köç olma.Gül ömrünə gözəl günlər calansın,Anam mənim, belə vaxtsız qocalma!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets