Yaşatdı dünyada qüdrəti qədər,Hər kəsi özünün imzası, adı.Ucalmaq eşqinə hamı düşsə də,Ucalıq hamıya qismət olmadı.

Ən uca, ən məğrur dağın yanındaBalaca dağlara deyilər təpə.Dənizin tufanı görünər gözə,Dalğa olan yerdə görünməz ləpə.

İnsanın, torpağın, havanın, suyunDərin qatlarına enən ucalar.Əməli xalqına yaraşıq olan,Şöhrəti heykələ dönən ucalar.

Şöhrət qapısını döyən kəslərinGecikməz, qisməti vaxtına düşər.Hər əsrin əlçatmaz bir zirvəsi var,O da bir şairin bəxtinə düşər.

1973, 4 sentyabr

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Fate