Düşdü
Axıtdın sevincin selində məni,Qəlbim gözündəki axına düşdü.Yerişin, duruşun yatdı könlümə,Gözlərim o boya-buxuna düşdü.
Şirin həyatımın şəkəri, qəndi,Şeirimin ən gözəl misrası, bəndi.Qəlbim səni sevdi, səni bəyəndi,Nə olsun, iştahım çoxuna düşdü.
Çıxdı genişliyə uşaq yollarım,Gül açdı, olmadı sazaq yollarım.Sənsiz dağlar aşan uzaq yollarım,Sənə qovuşanda yaxına düşdü.
1973, 2 sentyabr
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-dusdu-2
Use ← → keys to move, R for a random poem
More by this author
Koroğlunun məzarı
“Koroğlu” dastanı – yaddaş sərvəti,Dastanın son sözü, bölümü yoxdu.
Zəlimxan gəlirÇatıram Ərzrum gədiklərinə,Yenə xəyalıma xoş bir an gəlir.
Qoşqar ucalığıGör hansı dağların zirvəsindəyik,Gör bizi haraya qaldırıb fələk.
Çiçək kimiHaqqa doğru hər gün qalxım, ucalım,Çiçək kimi hal-əhvalı şən olum.