“Koroğlu” dastanı – yaddaş sərvəti,Dastanın son sözü, bölümü yoxdu.Orda Koroğlunun qocalığı var,Orda Koroğlunun ölümü yoxdu.

Bəlkə, şimşək kimi çaxıb buludda,Bəlkə, heykəl kimi daşa çəkiblər.Bəlkə, bir qaladı, qalxıb dağlara,Zirvədə hörmətlə başa çəkiblər.

Öldürməz igidi nə zindan, nə dar,Onun ölüm adlı güzarı yoxdu.Hər yerdə Koroğlu qalaları var,Heç yerdə Koroğlu məzarı yoxdu.

Ərzrum, 2009, iyul

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Death