Duzlu sular od vurub yanaqları yandırar,Dərddən, qəmdən, kədərdən süzülüb axarsınız.Yoxsulun nəzərində, yetimin xəyalında,İlikləri göynədən yağışsınız, qarsınız,Axmayın, göz yaşları, Allaha baxarsınız!

Baxışlar buludlaşıb, başda duman olanda,Bağrımız parçalanıb, qəlbimiz qan olanda,Ağrılar pəncəsində çırpınan can olanda,Kirpikləri, gözləri yandırıb-yaxarsınız,Axmayın, göz yaşları, Allaha baxarsınız!

İztirablar, əzablar beyin yarar, baş dələr,Dərd dağıdan olmasa, “ahım oxu daş dələr”.Oxlar dəlməyən yeri gözdən axan yaş dələr,Qaya olsa əridər, dağ olsa yıxarsınız,Axmayın, göz yaşları, Allaha baxarsınız!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring