Baş ağrısı
Ürəyin nə üçün ağrıyır demə,O sənin atdığın daş ağrısıdı.Qəlbimi qanadan səssiz güllələr,Gözümü göynədən yaş ağrısıdı.
Hayana üz tutdum, hayana vardım,Dərdi bir dağ kimi sinəmdə yardım.Biryolluq kökündən çəkib atardım,Bilsəydim azarım diş ağrısıdı.
Təntiyir bürküdə, üşüyür qarda,Nəfs imtahan verir çətində, darda.Mal-mülk də, ad-san da, dövlət də, var da,Nə varsa hamısı baş ağrısıdı.
2003, 7 noyabr
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-bas-agrisi
Use ← → keys to move, R for a random poem
More by this author
Ölümündən iki ay əvvəl ölümsüz ustadımız Aşıq Hüseyn*Saraçlı telli sazın təkrarolunmaz sahibi Aşıq Əmrah Gülməm -*
Ulu ozanAşıq Hüseyn Saraçlının*unudulmaz xatirəsinə*
Atalı, atasız günlərin şeirləri1Dünən od yağardı baxışlarından,
ÇəkərAşıq el oğludu, el anasıdı,Qəlbindən fərəhlə qəm şirə çəkər,