Durna qatarını pozmaqdan ötrüBaşçını vururlar səfindən əvvəl.Tanrı bir dərd verir insan oğluna,Doğranır soğanı kefindən əvvəl.

Sıxır sümüyünü, yeyir ətini,Haqq görür insanın aqibətini.Dəfndən sonradı yolun çətini,Nə varsa yüngüldü dəfndən əvvəl.

İnsan bir quruca bədən olacaq,Bədən qarışqaya vətən olacaq,Görüb-görəcəyi kəfən olacaq,Yazıq nə gördü ki, kəfəndən əvvəl.

2003, 5 fevral

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love