Sevinc — qəm, payız — bahar,nə varsa bəxtimizdə,Ömrün xəritəsindəcızar şair ürəyi.Gah zərif uşaq kimiyumşaldar ürəkləri,Gah köhnə dəmir kimiqızar şair ürəyi.

Əbədi vəzifədöyüş olar, cəng olar,Gah quzuya çevrilər,gah qızmış pələng olar.Şairin göz yaşıylaaxar, həmahəng olar,Damla-damla varağasızar şair ürəyi.

Yeddi qatın içindənyetmiş yeddi qat tapır,Ömrü axtarışdadır,söz adlı sovqat tapır.Qırx arşın quyuya sal,orda da həyat tapır,Tanımaz ölüm-itim,məzar, şair ürəyi.

Varlığında ləkə yox,dumdurudu niyyəti,Əqidəsi yolunda soyular,susmaz qəti.Onda körpə saflığı,uşaq səmimiyyəti,Hər şeyi yaxşılığayazar şair ürəyi.

Quru bir daşa dönər,elsiz gülməz, ağlamaz,Hansı ürək el üçünhavalanmaz, çağlamaz?Özgənin qələminəümidini bağlamaz,Özü öz taleyiniyazar şair ürəyi.

2005, noyabr

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets