Dağların şair oğlu,çəkil dağlar qoynuna,Şeiri bu məğrur dağa,bu geniş düzə söylə.Sevgini çiçəklərinqulağına pıçılda,Yanğını, alovunuocağa, közə söylə.Dünya bir isti təndir –kim yoğura, kim yapa,Təbiət bir axtarış –kim itirə, kim tapa.Olmuşlar, olacaqlarbir-bir düzülər sapa,Köhnədə təzəni gör,təzədən təzə söylə.Dərdini, sevinciniçox adama söylədin,Hərdən yanan çırağa,hərdən şama söylədin,Dodağından incilərdama-dama söylədin,Aç sinə dəftərinibir az da bizə söylə.Meydandan qaçan kişiigid deyil, ər deyil,Yollar kələkötürdü,ipək deyil, zər deyil,Əlli yaşın şeiriniyazmaq bir hünər deyil,Yüz gəlsin, hünərin var,sözünü yüzə söylə.2000, 1 avqust

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets