Bu gün
Nə soyuqdu, nə istidi,Havalar həlimdi bu gün.Çiçəklər qızıl külçəli,Ləçəklər ləlimdi bu gün.
Şirəsini çəkir arım,Dağ sevgilim, çəmən yarım.Bala batıb barmaqlarım,Ballanan əlimdi bu gün.
Yerə-göyə gözəllik tən,Eşq bir toxum, gözəllik dən.Bu ilahi gözəllikdən,Ayrılmaq ölümdü bu gün.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-bu-gun
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Təcnis: Kəlbin tək qapında payi-bəndəm mən
Kəlbin tək qapında payi-bəndəm mən,Sanma ki vəfada ya sənəm sənəm,
Ey bala, ey quzu, ey şux məmə, qurban gözünəEy bala, ey quzu, ey şux məmə, qurban gözünə,Olürəm, bir belə qoyma nəmə, qurban gözünə.
Bu Leyli LeyliEy ağalar, mən bu dərdə düşməzdimMəni dərdə saldı bu Leyli Leyli
نیک بدعهد گشت یار این بارسخت سست است شکل کار این بار