Əllərin şeirimə verir sığalı,İlmələr işləyir, naxışlar çəkir.Yağır torpağıma bərəkət kimi,Quraqda qayğımı yağışlar çəkir.

Sanıram dünyanın sərvəti, zəriAlnımdan süzülən hər damla təri.Ucalmaq eşqinə düşəndən bəri,Nazımı enişlər, yoxuşlar çəkir.

Göynəyir kamanım, kövrəlir sazım,Duyğular qoynunda açılır yazım.Üzmək istəyənə dayaz nə lazım,Məni dərinlərə baxışlar çəkir.

1976, 14 yanvar

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets