Göyün bəxtinə ulduz,Yerin bəxtinə çiçək,Çiçəyin qismətinəŞeh pay olub, nəm düşüb.

Min gözəlin içində,Qəribin qismətinəGəlib Şahsənəm düşüb.Leyli Məcnuna qismət,Əsliyə Kərəm düşüb.

Hər kəs öz qismətinə,Bir yerdən açıb qapı,Nə zaman ki əlinə,Fürsət keçib, çəm düşüb.

Tanrı, sənə çox şükür,Bu həyatı duymağa,Bu həyatdan yazmağa,Nə yaxşı qismətiməDəftərlə qələm düşüb.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Fate