Ömrüm boyu
Ömrüm boyu yol yeriyəm, yol gedəm,Arzularım dağdan-dağa boylana.Axar çaya, gur bulağa baxanda,Duyğularım dənizlənə, çaylana.
Ömrüm boyu qələm tutam, saz çalam,Pərdələrdə barmaqlarım ballana.Sazı duyan, sözü sevən kəslərinSevincindən yanaqları xallana.
Ömrüm boyu işıq verəm, nur yayam,Baxışımdan barsız budaq barlana.Nəfəsimdən daş üstündə gül bitə,Quru səhra həyat tapa, varlana.
Ömrüm boyu körpü salam, yol çəkəm,Əməllərim nəğmə kimi səslənə.Hər yolçuya çıraq tuta əllərim,Hər könüldə məhəbbətim bəslənə.
Ömrüm boyu çeşmə olam, çay olam,Nəfəs verəm çəmənimə, çölümə.Nə qədər ki dirilik var əlimdə,Hazırlaşam bir şərəfli ölümə!
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-omrum-boyu
Use ← → keys to move, R for a random poem
More by this author
Baxışlar qurumuş bulağa dönüb,Yanaqlar saralmış yarpağa dönüb,
FaciəsidiQocaman palıdlar çox gözəl bilir,Hər şimşək bir dağın faciəsidi.
Yox, sən o yerlərdə doğulmamısanYox, sən o yerlərdə doğulmamısan,Sözündən çiyələk qoxusu gəlmir,
OlmazHər dənizdə bərəkət var,Sünbül dönüb ayaq olmaz.
Poems by other poets · Nature and spring
Ey gözəlim, səni sevəndən bəri,Əcəb işdir, fəldən-fələ düşmüşəm,
GülÇün olur fəsli-bahar, eylər özün izhar gülƏndəlib məstü xabından qılar bidar gül
Gəraylı: Gənə fəsli-bahar olduGənə fəsli-bahar oldu,Yanıb-yanıb ötər bülbül.
Varmı?Mənimlə həmdəm bu gün bu gecə,Bir bülbülüm vardır, səndə varmı?