Olmaz
Hər dənizdə bərəkət var,Sünbül dönüb ayaq olmaz.Çiçək hara, tikan hara,Gül qanqala calaq olmaz!
Qoynu dolu bulaq olar,Güvəndiyi torpaq olar.Arxa olar, dayaq olar,Dağdan dağa yamaq olmaz!
Göylər durur yeddi qatda,Ucalıq var bu həyatda.Ətək qalar ayaq altda,Zirvəni tapdamaq olmaz!
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-olmaz-2
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
İlisu
Dağların qoynunda xeyli zamandırNazlı gəlin kimi yatır İlisu.
Bu yerlərBu məkanda müşk-ənbər buyu var,Qara gözlüm gəzən yerdir bu yerlər,
Iqbalnama, chapter 40مغنی یک امشب بر آواز چنگخلاصم ده از رنج این راه تنگ
Ah necə mən tapım bu dərdə dərmanAh necə mən tapım bu dərdə dərman,Ki, zülfü, dodağı, rüxsarı haman.