Dağların qoynunda xeyli zamandırNazlı gəlin kimi yatır İlisu.Üfüqlər hüsnünə aparır həsəd,Gül-çiçək ətrinə batır İlisu.

Üzünü bir dəfə görən bənd olur,Dost üçün hər zaman suyu qənd olur,Meşələr qoynuna gərdənbənd olur,Asimana kəmənd atır İlisu.

Gözəllikdə onun tapılmaz tayı,Hüsnünə mat qoyur ulduzu, ayı.Səadət olalı iqbaldan payıQəşəngcə böyüyür, artır İlisu.

Həyat nəğməsini bulaqlar deyir,Ana laylasını şiş dağlar deyir,Rahim kimi əziz qonaqlar deyir:Şirin muradına çatır İlisu...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring