Ürəyim ağrıyır, yaman ağrıyır
Mən geniş göylərdə süzmək bilirdim,Vurulub torpağa düşmək də varmış.Aydın baxışlara, nurlu gözlərə,Qara şüşələrdən çeşmək də varmış.Nəğməli çay olub axmaq bilirdim,Qara bir daş olub susmaq da varmış.Zirvədən-zirvəyə yetişən səsiBoğub içəridə qısmaq da varmış,Ürəyim ağrıyır, yaman ağrıyır!
Mən öz ürəyimi polad bilirdim,Sən demə, kövrək bir şüşədən imiş.Nə üçün incədi, safdı qəlbimiz,O da tapdığımız peşədən imiş.Süzülən, düzülən, yanan, yandıran,Şeirin hər misrası ürəkdən keçir.O qədər dərdi var elin-obanın,Hər toyu, hər yası ürəkdən keçir,Ürəyim ağrıyır, yaman ağrıyır!
Göydə havamızı zəhərlədilər,Yerdə ruhumuzu qıt eylədilər.Yalın düşüncələr, çılpaq ağıllarDolu ürəkləri lüt eylədilər.Pişiyə döydürüb pələngi, şiri,Çaqqal eylədilər, it eylədilər.Bütlər həyalandı, geri çəkildi,Alçağı qaldırıb büt eylədilər,Ürəyim ağrıyır, yaman ağrıyır!
Dərinə gedənlər batır dərində,Dərddən aralanıb dayaza çıxmır.Ömrünün qışını sərt keçirənlərElə qışda qalır, heç yaza çıxmır.Havadan, torpaqdan, yerdən gileyli,Xeyirsiz xeyirdən, şərdən gileyli,Ömürdən narazı, gündən narazı,Tanrıdan küsülü, dindən narazı,Silahdan, güllədən, oddan nigaran,Yaxından yaralı, yaddan nigaran,Torpağı davalı, yurddan narahat,Quzudan narahat, qurddan narahat,Hər yerdə, hər şeyin fərqinə varan,Doğrunun uğrunda, haqqın yolunda,Özünü öldürən, bağrını yaran,Qəlbinə şübhələr daman ağrıyır.Üzdən gedənlərin işi pis deyil,Dərin fikirlərə cuman ağrıyır.Ürək ağrımasın, ürək neyləsin,Ürəyim ağrıyır, yaman ağrıyır!
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-ureyim-agriyir-yaman-agriyir
Use ← → keys to move, R for a random poem
More by this author
Mənim içərimdən boylanan işıq,Qəlbimdən süzülən, ruhumdan gələn,
Atama, müəllimiməHəyatın yolları yayla qış kimi,İstidi, bürküdü, borandı, qardı.
BaşkeçidSıxanda könlümü aran yerləri,Quş olub çiyninə qonam, Başkeçid.
Başkeçid yaylağıBura yüz yaşında bir qoca gəlsə,Göz işığa gələr, diz qüvvət tapar.
Poems by other poets
İki salma boylu yarı sevmişəm,Birisi pəridir, birisi mələk,
AğlaramGənə yeni başdan dərdlərə düşdüm,Alışdım, dutuşdum, yandım, ağlaram,
یک جوهر روشن است جان من و توآگه نشود کس ز نهان من و تو
Gəncənin qırğınıGörən, bilən, eşidənlər yansınlar,Gör nə yaman oldu halı Gəncənin,