Nədi bu hay-həşir, nədi bu qarğaşa,Dilini kim öyrədib söyüşə,Dodağını kim öyrədib qarğışa,Ağzını kim öyrədib aha,Səni kim batırıbbu boyda günaha?

Sənin gözlərindəÇiçəklər hamısı qanqaldı,Güllər hamısı tikan.Hamı cəhənnəmlikdi,Yoxdu bir cənnətməkan.Sənin gözlərindəİnsanlar hamısı ayıdı,Qayalar hamısı kaha,Səni kim batırıbbu boyda günaha?

Təzə heç nə yoxdumu,Dünyanın lap axırıdımı,Qızılı, gümüşü yoxdumu torpağın,Qalan elə qazanın paxırıdımı?Hər şey ucuzlaşdımı,Qalmadımı dünyada nəsəÇəkidən ağır, qiymətdən baha,Səni kim batırıbbu boyda günaha?

Ağa qara dediyin yetər,Bütövə para dediyin yetər,Sağlama yara dediyin yetər,Bulaşma ləkəyə, bulaşma çirkaba,Tüpürmə yediyin qaba.Nifrətə, xəbisliyə,Yamanlığa, pisliyə,Bəsdir, nöqtə qoy daha.Bir də soruşan olmasınSəni kim batırıbbu boyda günaha?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets