Səni “Xoca” qəzəllərin odladı,Yoxsa türkün gözəlləri odladı?İşıldarkən qırıq bir ay dağlardan,Duyularkən bülbül səsi bağlardan,Əfsanələr diyarından keçdin sən,Gəbrin qızıl şərabından içdin sən.Sənə güldü mavi səma, göy çəmən,Yarın əksin piyalədə görərkən.Qələm alıb qəzəl yazdın, yatmadın,Qəzəllərin qızıl pula satmadın.Xərabata gedib, qaçdın saraydan,Saraylarda bildin od var, zəncir, qan...Bir “Loli”nin saçlarına gül taxdın,Bəzənəkli xatunları buraxdın.

Şairlərlə Hafiz, sənin işin yox,Bilirəm ki, dərdin çoxdur, qəmin çox.Səni eşqin yanar odu qovurmuş,Xəzan sənin güllərini sovurmuş.Qaranlıqda tufanlara tutuldun,Başın dönüb, oldu sənin könlün xun.Sahillərdə baxdın işıq evlərə,Göz gəzdirdin hər bucağa, hər yerə.Yardımına əsla bir kəs gəlmədi,Boğulanlar halın kimsə bilmədi.Karvan keçdi, yol üstündə inlədin,Cirelərin sədasını dinlədin...Qapısında mərifətsiz ərbabın“Məddah”lar tək çöl palazın salmadın.Gecə ötüb, gündüz gəzdin dərbədər,Bazarlarda ipək gördün simuzər.Çağırmadın yardımına kimsəni,Şərab üçün girov qoydun xirqəni.Sərxoş olub tozlu yoldan keçərkən,Bağçalarda gördün açıb nəstərən.Şirazlı bir türk gözəlin görəndə,İpək donun, məxməlilən görəndəVuruldun sən bəzəyinə, alına,İki şəhri bağışladın xalına.Mərifətsiz görüb Şiraz əhlini.

Tərk elədin yurd-yuvanı, elini.Yollar keçib xarabada yatdın sən,İncilərin başqasına satdın sən.Zəhərlədi səni ürfan şərabı,Üfüqlərdə gördün tutən sərabı.Dedin açan hər müşkülü şərabdır,Ömür qısa, arzu evi xarabdır.Alimləri dedin yolun azıblar,“Sərneveşti” alınlara yazıblar.Dünya dedin davamsızdır, binyadı,Bir qarıdır min kişinin arvadı.

Bəzədinsə Hafiz, zəngin şerini,Anlamadı kimsə sənin şerini.Dünya dönər, keçər qışlar, gələr yazHafiz səni, “mollabaz”lar anlamaz.Hafiz, sənin şerin dərin dəryadır,Şer deyil, bir xəyaldır, röyadır.Fars dilini incilərlə bəzədin,Çirkin qızı demək zərlə bəzədin.Aclıq çəkib, həyatında saraldın,Sürünərək gündüz, gündə qaraldın.

Ləzzət duymaz kor olanlar gözəldən,Ölülərə tapar əcəm əzəldən.Məzarlıqdır bu yer, itlər hürərlər,Sənətkarı sürgünlərə sürürlər...Bu torpaqda bir çox hərzə ot bitər,Hərzə otlar içrə qızıl gül itər.

Şairləri zindanlara atarlar,Sularına acı zəhər qatarlar.Onlar üçün sonra türbə tikərlər,Bəsləyərlər onda göy ot, gül-çiçək.Ölənlərin yeri yaşıl cənnətmiş,Dirilərin yeri uzaq qürbətmiş.Yuva salmış burda divlər, şeytanlar,Divan tutar xalqa yoldan azanlar.

Divanımı oxuyarkən hər axşamHafiz, sənin əhvalına acıram.Ömür boyu aydın bir gün görmədin,Muradınla bir gün həyat sürmədin.Həyatında, xarabada yatdınsaİndi yerin bir gülşəndir, xülasa.Başın üstə gecələri şam yanar,Pərvanələr qanadları odlanar.Sənin üçün bülbül ötər gecələr,Əsmər qızlar bağ-bağçanda dincələr.Divanımı açıb səni anarlar,Aşiq olub atəşinlə yanarlar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring