Ustadlara, ozanlara “Ozan-aşıq” evininlazım olduğu haqda həmişə fikirləşmişəm. İndihansı evi, hansı imarəti, hansı sarayı tapım ki,ora yerləşə bilək. Könlümdə Haqdan qurulmuş“Ozan Evi”ni sözlə belə izhar elədim.

Mən bir ev istəyirəm,Ozan evi, Saz evi,Sevənlərin əbədi qış sarayı,yaz evi.Buta verilən qızımurada çatdırmağa –Aşiqin eşqə doğruqıldığı namaz evi.

Mən bir ev istəyirəm,Saz kimi tutdan olsun,Bər-bəzəyi qopuzdan,kamandan, uddan olsun.Qırxların məclisinəərənlər özü gəlsin,İlkin xeyir-duasıDədə Qorquddan olsun.

Mən bir ev istəyirəm,bayramına el axsın.Bu bayramda gözə nur,qəlbə “Sarıtel” axsın.Elə qurun, yaradınbağını, bağçasını,On bir telli saz kimion bir yerdən sel axsın.

Əsən yelim, a layla,Daşan selim, a layla.Anama bir layla çal,“Sarıtel”im, a layla.

Mən bir ev istəyirəm,yetmiş iki mərtəbə,Layiq olsun, yaraşsınhər nizama, hər dəbə.Yetmiş iki hava varbu millətin sazında,Gərək burda dinən sazyeri-göyü tərpədə.

Mən bir ev istəyirəm,min illərə bəs olsun,Onun hər otağındaHaqdan gələn səs olsun.Dastanlar danışandamətləblər qırılmasın,Açması “Baş Divani”,sonu “Müxəmməs” olsun.

Meyli sağ-sola salsın,Qolunu qola salsın.“Divani” qarşılasın,“Müxəmməs” yola salsın.

Mən bir ev istəyirəm,“dayanıbdı dayaqsız”,Мən bir ev istəyirəm,“boyanıbdı boyaqsız”.Əli Allaha çatsın,ətəyi “Peyğəmbər”ə,Heç nə yaşaya bilməzruhsuz, “əlsiz, ayaqsız”.

Mən bir ev istəyirəm,Tanrıya vara bilsin,Dibsiz qaranlıqlarınur kimi yara bilsin.İtmiş dəfinələri,batmış xəzinələriHalal sahibi kimimənə qaytara bilsin.

Nə daş-qaşda, qızılda,nə yaqutda, zərdədi,O evin yurd-yuvasıuca ürəklərdədi.İstili ocağı da,tüstülü bacası daUstadda, ozandadı,ərəndədi, ərdədi.

Nə dəmirdi, nə ağac,nə daşdı, nə taxtadı,O bir ürfan evidi,ruhu, meyli haqdadı.Mətləbində böyüklük,məktəbində ucalıq,Sirri-sehri ürəkdə,sevgisi dodaqdadı.Qırx qapıdı, qırx otaq,qırx qıfıldı, qırx açar,Çərxi-fələk fırlanar,o qapını çərx açar.O evin bir məclisiərsiz, ərənsiz olsa,Göz yaşım selə dönübyanağımdan arx açar.

Fürsətdi uçar, gətir,Dayanma naçar, gətir.Qırx qapı tilsimlənib,Açmağa açar gətir.

Yurd-yuvasız, sevgisizbülbüllər ötərdimi?Eşqin səsi-sədasıTanrıya yetərdimi?Millətin can evindəbin-bərəkət olmasa,Duyğular toxum kimicücərib bitərdimi?

Aşiqlər cərgəsindəoturdular, durdular,Könül evi olanlarruh məclisi qurdular.Saz üstə dilləndilər,səs üstə telləndilər,Tarixin yaddaşınasözlə möhür vurdular.

Hava nədi, çalğı nə,mey nədi, məzə nədi,Dünyaya xəbər verənmizrabdı, təzənədi.Barmaqlarla pərdələröpüşəndə bilərsənKöhnəliyin içindəköhnəlməz təzə nədir?

Haqqın sınağındadı,Səsin sorağındadı.Ruhları göydə gəzmə,Sazın çanağındadı.

Mənim istədiyim evucaların ucası,Alp ərənlərim olsunmüəllimi, xocası.O evin “dörd yanınadörd ulu qapı gərək,Hayana baxar olsagündüz ola gecəsi ”.

Mənim könül evimidərk edə bilməyən kəsNədən bilsin nədir can,nədi ruh, nədi nəfəs.İnsanın ürəyindəHaqq ocağı yanırsa,Nə var ondan ucada,nə var ondan müqəddəs?!

Mən bir ev istəyirəm,ruhları şad eləsin,Ozan gəlsin bu evimübarəkbad eləsin,Bizdən əvvəlkilərəburdan salam göndərək,Bizdən sonra gələnlərbizləri yad eləsin.

Qığılcımı Günəşə,ulduzu Aya dönsün,Damlası bir dəryaya,çeşməsi çaya dönsün.Böyüdükcə böyüsünsaz evinin dünyası,Hər eyvanı, otağıəlvan saraya dönsün.

Çağıraq o sarayanəsilləri, soyları,Xırdalasın ozanlardastanları, boyları.Xoruz banına qədərəllər çənədə qalsın,Qırx gün, qırx gecə çəksincavanların toyları.

Ozanım hey, ozan hey,Hər mətləbi yozan hey.Dədələrdi bu toyunDastanını yazan hey.

Şahanə saray qurun,öz sözünü şah desin,“Saz evidi bizlərəən uca dərgah”, – desin.Xətai çıxsın yenəsözün şahlıq taxtına,Bu işi yaradanaQoy “Bərəkallah!” – desin.

Нər otaq dörd misralıqşah bir bəndə bənzəsin,Нəm şəhəri bəzəsin,həmi kəndə bənzəsin.Əhli-ürfan olmayanonu aça bilməsin,Qapısı, pəncərəsi“Qıfılbənd”ə bənzəsin.

Naxış vurub hər sözəmirvaridən, incidən,Duyğular zəmisindəGəncə toxum, Gəncə dən.

Düzülsün ozanlarındurna qatarı kimi,Gəlsin Dədə Yediyar,gəlsin qədim Gəncədən.

Bu ev könüldən olsa,cansız orda can tapar,Нər söz bir gülə dönər,һər arı bir şan tapar.Yüyrək aşıq dilindəQərib qürbətdən gələr,Xəstə Qasım sözündəxəstələr dərman tapar.

Güllərin dəstəsidi,Sellərin bəstəsidi.Eşqə düşən kimsələrSevginin xəstəsidi.

Yox olsun yoxsulluğu,var olsun var elləri,Qoy bu evdə сəm olsunkönlümün yar elləri.Bu gün fərman da bizim,padşah da bizimkidir,Dadaloğlu buyursun,qalxsın Əfşar elləri.

Dədə kimi böyütsünqulaq asan hər kəsi,Heç zaman seyrəlməsinDədələrin cərgəsi.Dərbənddən Dədə Güzgü,Dədə Qürbət gələndəOlsun “Ozan evi”ndəməqamı, düşərgəsi.

Çağıraq, o sarayaAğ aşıq, Alı gəlsin,Ələsgər – sözün piri,şeirin cəlalı gəlsin.Tovuz, Qazax elləri,Gəncəbasar torpağı,Şirvan, Dərbənd, Naxçıvan,Göyçə, Borçalı gəlsin.

Ey dilimin şirəsi,pətəyim, balım haray,Ərdəbildən Göyçəyəuçan xəyalım haray.Özünə Miskin demə,ey varlılar varlısı,Gəl bu evdə şərəflən,Məğrur Abdalım haray.

Aşsın aşırımlarıTürkün ulu sevgisi,Bir sərhəd tanımasınqəlbin dolu sevgisi.Atlılar asta-astaAltaydan yola çıxsın,Öpsün “Ozan evi”niAnadolu sevgisi.

Mələklər qol-qanadım,küləklər atım olsun,Güləbirddə gül açanlaylam, bayatım olsun.Gözü üzə qısqananSarı Aşıq hardadı,Dediyi hər bayatıömrüm, həyatım olsun.

Saza sarı,Yol gedir saza sarı.Düşsün Yaxşı dalınca,Sarılsın saza Sarı.

Gəlsin ana Təbrizin,Ərkin dünyası gəlsin,Həqiqətin evinidərkin dünyası gəlsin.Yəsəvidən, Yunusdan,Mövlanadan VeysələDurmasın, başdan-başaTürkün dünyası gəlsin.

Burda ucalan səsiQars, Ərdəhan dinləsin,Aşsın Ağrı dağını,bütün cahan dinləsin.Yetişsin ƏrzurumdaLələnin harayına,Dirilsin o pürkamal,cənnətməkan dinləsin.

Qızılgüllər açılsın,ruhların yazı gəlsin,Cununun Çənlibeldəncoşqun avazı gəlsin.Qələbələr eşqinəyetişsin qoç Koroğlu,Belində Misri qılınc,əlində sazı gəlsin.

Eşq oduna yan, Eyvaz,Xanlıq elə, xan Eyvaz.Darıxır xotkar qızı,Can de ona, can Eyvaz.

Suxaradan tərpənə,Ağbabadan sallana,Çıldırın ustad oğlubirba bura yollana.Aşıq Şenlik dilindəşair Nəbi dastanıMəclislər işığındapətəklənə, ballana.

Bu evin başı üstəUlduz olsun, Ay olsun,Qonağı Məhdimqulu,Nəvai, Abay olsun.Keçsin başda otursunyollar yoran yolçular,Bu ev Türkün ruhunaTanrıdan bir pay olsun.

Təzə nəfəs, təzə ruh,təzə peşə gətirsin,Gələnlər qədəmindəsevinc, nəşə gətirsin.Gülgəz Abbasla gəlsinTufarqanın elindən,Qurbani bu sarayatər bənövşə gətirsin.

Cığalı təcnis kimicığalansın otaqlar,Öpsün o cığalarıtəbəssümlü dodaqlar.Dağda axan görmüşükçeşmələri, çayları,Qoy “Saz evi”ndən axsıngöz-göz olan bulaqlar.

Ruhun sığalı gərək,Təcnis cığalı gərək.Sazın, sözün qaymağı,Söhbətin balı gərək.

Yerdən yeri çağırın,göydən göyü çağırın,Sazı, tarı, kamanı,dəfi, neyi çağırın.Bəlkə də Tellisinigəldi bu evdə tapdı,Şəmkirdə Dilqəm olmuşYəhya bəyi çağırın.

Molla Cuma “bir-iki canıyanan”la gəlsin,İsmi Pünhan dediyizərif bir canla gəlsin.Saz olsun könülləribir məkana bağlayan,Hərə öz qazandığıadla, nişanla gəlsin.

Qoy dadsın uca şeirinləzzətini, tamını,Kövrək şair qəlbininHaqq yandırsın şamını.Ömrün ixtiyar çağıgəlib çıxa bilməsə,“Durnalar”dan göndərsinVidadi salamını.

Sevgi meyvəsi kimidərsin Ozan evini,Eşqin ixtiyarınaversin Ozan evini.

Vaqif Cıdır düzündənXarı-bülbül gətirsin,“Görmədim” deyən ustadgörsün Ozan evini.

Yağsın sevgi yağışı,gül üstə şeh gətirsin,Gülablıdan gələnlərbir əsim meh gətirsin.Qarabağdan gedən səsDağıstana yetişsin,Zərnigarı bu evəAşıq Valeh gətirsin.Dərmanı ara bağdan,Əl üzmə Qarabağdan.Məlhəmi sazdan olsun,Qurtarsın yara, bağdan.

Bir-bir ulu dədələrsanansın, sana gəlsin,Axsın xeyir-dualardamarda qana gəlsin.Mirzənin “Kərəmi”si,Əsədin “Koroğlu”suMeydanlar almaq üçünbir də meydana gəlsin.

Cəbrayılın şeiriniaşıq Pəri gətirsin,Нər gələn min sərvəti,min bir zəri gətirsin.Yeddi qardaş dağındanensin Dədə Şəmşirim,Səsində, nəfəsindəKəlbəcəri gətirsin.

Gəlsin qoca Saraçlı –könüllərin mehmanı,Məclis yerbəyer olsun,nizamlansın sahmanı.Ozanların ozanısığal çəksin tellərə,Sıralansın “Bozuğu”,“Şahsevəni”, “Bəhmanı”.

Aşıq, sözü qəmə ver,Söhbətə ver, dəmə ver.Dilinə qurban olum,Şeirə yedəkləmə ver.

Xallar, güllər, keçidləraxşamı dan eləsin,Heyrətə gələnləriyenə heyran eləsin.Aşıq Əmrah ovsunusehrləsin dünyanı,Aşıq Ədalət sazıqoy yenə qan eləsin.

Gəlsin Xan Kamandarınsöhbəti bal günləri,Sənətin qızıl çağı,Sözün halal günləri.Zirvələrdə Azaflıdönsün Qoca Qartala,Şirvanda qanad açsınAşıq Bilal günləri.

Ozan dinsin, danışsın,damarda qan oxusun,Hər sözünün başındacan desin, can oxusun.

Çiçəklərdən yükünütutsun aşıq Şakirim,“Nə bağ bildi,nə də bağban” oxusun.

Şirvanşahlar evininnəməri şahdan olsun,Uca səs də, nəfəs dəulu dərgahdan olsun.Aşığın avazınaquşlar qanad saxlasın,“Ana Kür”ün laylasıAşıq Pənahdan olsun.

Dərələri dərindi,Çeşmələri sərindi.Nərə mərd igidlərin,Cəh-cəh bülbüllərindi.

İnsan bəxtəvər olurtapanda fərəhini,Sevgi nuru doldururgüllərin qədəhini.Qaytaraq bu sarayın,divarına, daşınaİmranın nərəsini,Əkbərin cəh-cəhini.

Həsrət qaldı Təbrizə,heç vaxt gülmədi eyni,Alovların içindəyandı ürəyi, beyni.“İrəvan çuxuru”ylasalsın bizi heyrətə,O tayın həsrətitəköpüm Cavan Hüseyni.

Нər insan öz canındabir şirin bəstə saxlar,Varlığını nəfəsdə,ruhunu səsdə saxlar.Söykənəndə sözünə,güvənəndə sazına,Millət öz tarixinigözünün üstə saxlar.

Yanğılı bir hava var,canındadı canımız,Onunla çox alışıbaxşamımız, danımız.O qədər yana-yana“Kərəmi” dinlədik ki,Kül olmaqdan savayıqalmadı imkanımız.

“Ruhani” ruhumuzdu,süzülüb ruhdan gəlib,Keçib Mənsur Həllaca,Adəmnən, Nuhdan gəlib.Dərisini soyublaronu yaradan kəsin,Bizim də qismətimizamandan, ahdan gəlib.

Kaman, ney havasıdı,Ağa, bəy havasıdı.Bu, yerin işi deyil,Xalis göy havasıdı.

Çalın, uca sənətinyeddi qatı görünsün,Cıdırda igidlərinköhlən atı görünsün.

“Cəngi” səf-səf eləsinkişiləri, bəyləri,“Misri” elə çalınsın,silkələsin göyləri.Sıyrılanda qılınclar,çəkiləndə nərələr,“Allah! Allah!”la dolsunuca dağlar, dərələr.Saz candı, saz adamdı,Dərk edən az adamdı.Zaman-zaman göz yaşımSüzüldü, saza damdı.

Savaşlar qovğasında əzilsədə, sınmayan,Oda atsalar belə,sağ qurtaran, yanmayan,Öz eşqinə tapınan,özgəyə sığınmayan,Gövdəsi doğransa da,kökündən yıxılmayan,Meydanı daralsa da,mənliyi sıxılmayan,Öz havası haqq olan,yad havası çalmayan,Alçaqlar pəl vursa da,heç zaman alçalmayan,Qeyrətinin yolundaqılınc tutan, ox tutan,Qarnı ac olanda daməzəsini tox tutan,İstedadı, ilhamı,sevgisi heyrət olan,Füzulisi möcüzə,Sabiri qeyrət olan,Bu millətin hünəri,təpəri sazdan gəlib,Sərkərdəsi, silahı,sipəri sazdan gəlib.Doqquz oğuzdan çıxıb,qopuzdan sazdan gəlib,Südünü sazdan içənoğuldan, qızdan gəlib.Çoxların çoxu bizik,heç vaxt az olmamışıq,Sazımız saz olandabiz nasaz olmamışıq.Hər söz bir ildırıma,bir qurşuna çevrilib,Hər oğul bir orduya,bir qoşuna çevrilib.O mərmiyə, silaha,o qurşuna yer verin,O oğula, orduya,o qoşuna yer verin.O ustada, dədəyə,o ozana yer verin,Taleyini, bəxtiniHaqq yazana yer verin.Dənizlərə can atıbcoşan çaya yer verin,Ruhumda yaratdığımo saraya yer verin.

Daşımırsa yükünü,Tanımırsa kökünü,Zəlzələlər, tufanlarTərpətmirsə tükünü,Millətdən millət olmaz!Yanğı yoxsa canında,Sənətdən sənət olmaz!

Könül saraylarınaziyarəti yoxdusa,Bu gəncliyin canındahünər, cəsarət olmaz!Varlığına, varınasahib olan millətinCanında, cövhərindəHeç vaxt köləlik olmaz,heç vaxt əsarət olmaz!Can orda, cənnət orda,Böyük həqiqət orda,Ruhumun sarayınaçağırıram dünyanı.Sevgi, məhəbbət orda,Dərd orda, həsrət orda,Ahımın sarayınaçağırıram dünyanı.Saz mənim şahlığımdı,Şahımın sarayınaçağırıram dünyanı.

O saraydan baxandaxalqın yaşı görünsün,Özülü, bünövrəsi,özül daşı görünsün.Könül saraylarınaeşqin gözüylə baxaq,Hər naxışın canındabir nəqqaşı görünsün.

Duyğular tarlasındasünbüllənsin zəmilər,Üzsün söz dənizindəağır yüklü gəmilər.

Qoy dipdiri saxlasınqanımızda qeyrəti“Cəngi”lər, “Gəraylı”lar,“Misri”lər, “Dilqəmi”lər.

Ün eşidən qulaqlarqüdrəti ündə tapsın,Sənətin hünəriniimanda, dində tapsın.Parıltılar dalıncadağa-daşa qaçmasın,Xalq öz böyüklüyünüsağlam kökündə tapsın.

Axşamın xeyir desin,sabahın xeyir desin,Saz üstündə aşıqlarsöz qoşsun, şeir desin.Gəlsin “Ozan evi”nəhalal haqqı olanlar,Yenə uca sözünüVurğun, Üzeyir desin.

Arı gülə, saz dilə,pərvanə şama gəlsin,Bir “Qaraçı” çal aşıq,ağzımız tama gəlsin.Osman qağa bu evdətapsın Hüseyn Arifi,Şairlər aşıqlarıbir-bir salama gəlsin.

Sazım, sözüm, mənliyimən böyük “Mənim” mənim,Gülzarım, gülüstanımgülüm, gülşənim mənim.

Sözü elə çağlasın,səsi elə qaynasın,“Ozan evi”nə dönsünböyük Vətənim mənim!

Gəlsin ulu dediyimöndər “Ozan evi”nə,Uca Tanrı, nəyin var,göndər “Ozan evi”nə.Könlü saray olanlarsaraylara sığışmaz,Dünyanı başdan-başadöndər “Ozan evi”nə!

Ürək yansın, alışsın,ruh sevsin, can qızınsın,Duyğular coşa gəlsin,canda cahan qızınsın.Ey mənim “Ozan evi”m,Şölələnsin günəşin,Odunda, atəşindəqoy Zəlimxan qızınsın!Müqəddəs ocağındaAzərbaycan qızınsın!!!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets